30 Oktyabr

Tikinti şirkətlərin ağac kəsimində rolu - ANALİTİKA

Dövlətimiz yaşıllığın salınmasını, ağac əkimini təbliğ etsə də, təəssüflər olsun ki, cəmiyyətimizdə tez-tez bunun əksi ilə rastlaşırıq. Çoxillik ağaclar bir çox hallarda iş adamlarının, əsasən də MTK-ların qurbanı olur. Son zamanlar sosial şəbəkələrdə, mətbuatda bu hərəkətlər əleyhinə yazılar görsək də, təəssüf ki, bu heç nəyi dəyişmir.

Ekspert Nüsrət Məmmədovdan məsələyə münasibət öyrəndik. Ekspert Fins.az-a deyir ki, ağacların kəsilməsi cinayətdir və bunu Azərbaycan qanunvericiliyi də tanıyır. Belə ki, Cinayət Məcəlləsinin 259-cu maddəsi məhz “Qanunsuz ağac kəsmə” adlanır. Maddəyə görə meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Ümumiyyətlə, MTK-ların işinə dövlət qurumları da nəzarət edir. Lakin bəzən iş adamları nəzərdən yayınıb qanunsuz hərəkət edirlər.

Ekspert deyir ki, bina tikintisi ilə məşğul olan şəxslər ilk növbədə əldə etdikləri ərazinin yerləşməsini nəzərə almalıdırlar.

Müəllif: Tuncay Türbəndəzadə