30 Oktyabr

Bu il: Bakcell

Fins.az 2018-ci ilin yekunları ilə bağlı “Bakcell” şirkətinin İctimaiyyətlə Əlaqələr və Korporativ Kommunikasiya departamentinin rəhbəri Süheyla Cəfərovanın müsahibəsini təqdim edir.

Bakcellin 2018-ci ildə həyata keçirdiyi hansı layihə Azərbaycan mobil rabitə bazarı üçün yenilik hesab oluna bilər?

2018-ci ildə Bakcell şirkəti ölkənin telekommunikasiya bazarında ilk dəfə olaraq ən innovativ və unikal müştəri xidməti üsulunu – “Mənim Bakcellim” mobil tətbiqetməsini təqdim edib.Abunəçilərini rahat, şəffaf və əlverişli müştəri təcrübəsi ilə təmin etmək üçün istifadəyə verilmiş bu virtual müştəri xidməti tətbiqetməsi sayəsində nömrə ilə bağlı əməliyyatlar etmək üçün xidmət mərkəzinə getməyə və ya məlumat mərkəzinə zəng etməyə ehtiyac qalmadı.

“Mənim Bakcellim”dən istifadə edən abunəçilər öz nömrələrinin hesabı ilə bütün lazımı əməliyyatları həyata keçirməklə yanaşı balans, aktiv bonuslar, istifadə etdikləri xidmət və ya məhsulun qüvvədən düşmə tarixi, balansda qalan meqabaytlar və nömrə barədə digər məlumatları müştəri xidməti mərkəzinə getmədən, növbədə gözləmədən və hətta məlumat mərkəzinə zəng vurmadan əldə edirlər.

Bundan əlavə, “Mənim Bakcellim” istifadəçiləri nömrələrinin balansı ilə bağlı maksimum şəffaf informasiyaya malik olacaqlar. Belə ki, abunəçilər zəng olunmuş nömrələrin siyahısı, zənglərin vaxtı və müddəti, sərf olunmuş məbləğlər və əlavə xidmətlərdən istifadə daxil olmaqla nömrənin istifadə tarixçəsinə aid bütün məlumatlara tam nəzarət edə biləcəklər.

Bakcellin sosial layihələr üçün ayırdığı vəsaitin miqdarı 2018-ci ildə ötən illərə nisbətən neçə faiz artıb?

Bakcell özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir. Həmçinin, Bakcell şirkəti Azərbaycan gənclərinin təhsili və peşəkar inkişafını diqqət mərkəzində saxlayır və gənc mütəxəssislərlə yanaşı, aztəminatlı və həssas qruplara aid ailələrdən olan gənclərin məşğulluğunun inkişaf etdirilməsinə böyük töhfə verir. Hər zaman olduğu kimi 2018-ci ildə də Bakcell bir çox mühüm sosial layihələrə öz dəstəyini göstərib və bu uğurlu fəaliyyət növbəti illərdə də davam etdiriləcək.

Bakcell 2018-ci ildə Azərbaycanın hansı regionlarında müştəri xidmət mərkəzləri açılıb?

Bakcell şirkəti, təklif etdiyi yüksək keyfiyyətli xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. 2018-ci ildə Şirkət bir-birinin ardınca 3 yeni mərkəzin - Göyçayda diler mağazasının, Qəbələ və Zaqatalada isə satış və xidmət mərkəzlərinin açılışını edib. Bakcell özünün yüksək keyfiyyətli xidmətlərini və ölkədə ən yüksək sürətli mobil şəbəkəsini Azərbaycanın bütün bölgələrinin sakinlərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək

Ən çox geridönüşü olan layihə hansı layihə olub?

Azərbaycan bazarında yüksək sürətli mobil internet xidmətlərinə olan tələbat və 4G texnologiyasını dəstəkləyən cihazların sayı əhəmiyyətli dərəcədə artmaqdadır və bunu nəzərə alaraq, şirkətimiz LTE xidmətlərinin əhatə dairəsinin ölkənin bölgələrində genişləndirilməsini də sürətlə həyata keçirməyə davam edir. Artıq Bakı və Abşeron ilə yanaşı ölkənin 40-dan çox bölgəsində yaşayan müştərilərimiz Bakcell şirkətinin təqdim etdiyi ən yüksək keyfiyyətli və ultra-sürətli 4G internetindən yararlanmaq imkanına malikdirlər. Bakcell şirkəti öz şəbəkəsinə böyük həcmdə investisiya qoyuluşları sayəsində və dünya bazarında mövcud olan ən innovativ texnologiyaları tətbiq etməklə öz LTE şəbəkəsinin Azərbaycanın bölgələrində əhatəsini bundan sonra da genişləndirməyə davam edəcək

Bakcelli azərbaycanın iri vergin ödəyicisi hesab etmək olar?

Bakcell şirkəti Azərbaycanın ən iri vergi ödəyicilərindən biri olmaqla yanaşı ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biridir.

Müəllif:Aynur Qəniyeva