30 Oktyabr

Qastronomik turizm üçün ən yaxşı şəhərlərin reytinqi

Böyük Britaniyanın “The Telegraph” nəşri qastronomik turizm üçün ən yaxşı şəhərlərin siyahısını dərc etdirib.

Reytinqdə birinci yerə Tokio şəhəri layiq görüldü. Fins.az-ın verdiyi məlumata görə reytinqə Avropa, Amerika və Asiyanın 16 şəhəri daxil olub.

Mütəxəssislərin fikrinə görə, ümumilikdə Yaponiya dünya üzrə Mişelin ulduzlarına sahib olan ən geniş restoran sayına malikdir. Onun paytaxtı isə bu prestijli mükafatı əldə edən restoran, kafe və barların sayı üzrə liderdir. Turistlər burada suşi ilə yanaşı tofu, donuz kotletləri, okonomiyaki ( müxtəlif inqrediyentlər, xüsusi sous və üzərinə nazik şəkildə kəsilən qurudulmuş tuna balığı əlavə olunan qızardılmış xəmir) ilə ilanbalığını dada bilər. Bunlarla yanaşı Yaponiyanın paytaxtı müxtəlif zövq və büdcəyə uyğun olan restoranları təklif edir – göydələnlərdə yerləşən və mənzərəli görünüşü olan restoranlardan başlayaraq, yerli mətbəxi təqdim edən kiçik pablara qədər.

İkinci yer Xanoy şəhərinə təqdim edildi. Vyetnamın paytaxtı, mütəxəssislərin fikrinə görə turist üçün yerli mətbəxin xüsusiyyətlərini hiss etmək çox asandır – açıq havada hazıralanan şirin və turş şorba ilə təqdim olunan əriştə, donuz əti və balıq sousu sizi Vyetnam mətbəxinə qarşı biganə qoymayacaq.

Məhz burada paştet, xiyar, göyərti, soğan və çili ilə doldurulmuş baget (çörək), eyni zamanda donuz əti, dərisi və balıq əlavə olunmuş düyünü dadmaq olar. Mütəxəssislər yeməyi ənənəvi yumurta kofesi ilə başa çatdırmağı məsləhət görür.

London təklif etdiyi nemətlərin müxtəlifliyinə və restoranların, barların, pabların sayına görə üçüncü yeri tutur. Nəzərə çatdıraq ki, Londonun "Langham" beşulduzlu otelində yerləşən "Artesian" barı Dünyanın ən yaxşı 50 barı reytinqində dördüncü dəfə ardıcıl olaraq birinci yerə layiq görülüb. O, eyni zamanda, Avropanın ən yaxşı barı kimi də tanınır.

Bundan əlavə siyahıya Nyu York, Bolonya, Yeni Orlean, Lima, Fes Djaypur və digər şəhərlər də daxil edilib.

Mişlen, qırmızı bələdçi (Michelin, Le Guide Rouge), bəzən sadəcə “Qırmızı bələdçi” kimi tanınan restoran reytinqi üç ulduzlu qiymətvermə sisteminə sahib olan ən nüfuzlu reytinqdir. Bir ulduz restoranın öz kateqoriyasına görə çox yaxşı, iki ulduz isə əla olduğunu göstərir. İki ulduzlu restorana getmək üçün, əvvəlcədən təşkil olunmuş səyahət marşrutunuzdan belə kənara çıxmağınız məsləhət görülür. Nəhayət, üç ulduz baş aşpazın mükəmməl işindən xəbər verir və bu restoranın yeməyini dadmaq üçün hətta xüsusi səyahətin belə təşkil olunması mühümdür.