Aqrobiznes kənd təsərrüfatı məhsullarının istehsalıdır. Termin 1957-ci ildə Goldberg və Davis tərəfindən hazırlanıb. Kənd təsərrüfatı, heyvandarlıq, bitki istehsalı, kənd təsərrüfatı maşınları, emal və toxum tədarükü, habelə marketinq və pərakəndə satış ona daxildir. Dünyaca məşhur agro şirkətlər var ki, illərdir fəaliyyət göstərir və günü-gündən böyüyərək, gəlirlərini artırırlar. Belə şirkətlərin qurucuları zamanla təkcə özlərini deyil, ailələrini, hətta nəsillərini zəngin ediblər. Milyardlar qazandıran şirkətləri quranlar az məbləğlə, kiçik müəssisədən işə başlayıblar.
John Franks Kuini 1859-cu ildə Çikaqoda dünyaya gəlib. Missuri ştatında Monsanto Şirkətini 30 Noyabr 1901-ci ildə 5000 dollarla qurdu. Şirkətdə hibrit toxumlar, geni dəyişilmiş məhsullar (GMO) istehsal edilir. Hazırda işçilərinin sayı təxminən 20500 nəfər olan şirkətin 2017-ci ildə gəliri 14,64 mlrd dollar olub.
E.İ.Pont de Nemours isə, 1771-ci ildə Parisdə doğulub. Kimyaçı və sənayeçi qısaca Du Pont adlandırılırdı. Yaratdığı DuPont şirkəti isə: özünü dünya miqyasında 60.000-dən çox işçisi olan və müxtəlif çeşiddə məhsul istehsal edən qlobal elmi şirkət kimi təsvir edir. DuPont bizneslər platforması 5 kateqoriyaya bölünür ki, onlardan biri də Kənd Təsərrüfatı və Qidadır.
Kənd təsərrüfatı bölməsi olan DuPont Pioneer şirkəti toxum və aqrokimya istehsalçısıdır. Hibrid toxumu, genetik cəhətdən dəyişdirilmiş toxumlar satır. Bəzilərini isə genetik cəhətdən dəyişdirilmiş yeni qidaya çevirirlər. Yəni onlar əsasən GMO istehsalçılarıdır. Təxmini 12.300 işçiləri var. Gəlirləri 2012-ci ildə 6,3 milyard dollar təşkil edib. Ümumilikdə isə, DuPont şirkəti 2014-cü ildə dünyanın dördüncü ən böyük kimya şirkəti seçilib. Həmin ildə gəlirləri 4,848 milyard dollar olub. 2017-ci ildə The Dow Chemical Company ilə birləşərək dünyanın ən böyük kimyəvi şirkəti DowDuPont Inc yaradılıb. Bu birləşmədən sonra şirkətin dəyəri 130 mlrd dollar olub.
İdarə heyətinin sədri Miçel Demare və SEO-su J.Erik olan Syngenta şirkəti agrokimyəvi və toxum istehsal edən qlobal İsveçrə agrobiznesidir. Biotexnologiya şirkətidir. 2000-ci ildə Novartis Agribusiness və Zeneka Agroçemikals şirkətlərinin birləşməsi ilə yaradılıb. 2014-ci ildən etibarən Syngenta Avropada ən güclü olan dünyanın ən böyük məhsul istehsalçısıdır. 2009-cu ildən toxum və biotexnologiya satışlarında üçüncü yeri tutub. 2015-ci ildə satış təxminən 13,4 milyard ABŞ dolları idi. Beynəlxalq tənzimləyicilər firmanın Çin dövlətinə məxsus bir müəssisə olan ChemChina tərəfindən satın alınmasını təsdiqləyir. İşçilərin sayı 28,704 nəfər, illik gəliri 2 mlrd dollardır.
Unutmayaq ki, geni dəyişdirilmiş, təbii halından əsər qalmayan qida məhsulları dünyaya yayılan zəhərli “bombalar” kimidir. Hansı insanın orqanizmində nə zaman “partlayacağı” məlum deyil.
Bəzi ölkələr GMO-lu məhsullara ehtiyac duyur. Məcburiyyət qarşısında ondan istifadə edirlər. Bəzi ölkələrin isə, bu cür məhsullara ehtiyacı yoxdur. Lakin sadaladığımız şirkətlər kimi bazarını genişləndirmək, milyardlarını artırmaq istəyənlər bir yolunu tapıb qanunsuz yollarla bu ölkələrdə satışlarını təmin edirlər.
Mənbə: agroexpert.az