30 Oktyabr

Moskva yenidən sevilir? – ANALİTİKA

Rusiyanın paytaxtı Moskva, 2017-ci ildə 10.5 milyard dollar turizm gəliri əldə edib. Bu göstəriciyə görə Moskvanın tuizm gəliri, Türkiyənin 2016-ci ildə əldə etdiyi ümumi turizm gəlirinin yarısına yaxınlaşıb.

Moskva hər keçən il daha çox turist cəlb etməkdə davam edir. Rusiya paytaxtını ziyarət edən turistlərin sayı keçən il 2016-cı il ilə müqayisədə 12 faiz artaraq 21 milyon nəfərdən çox olub. TürkRus.com'un Business FM'den verdiyi xəbərə görə, Moskva keçən il turistlərdən 600 milyard rubl (10,5 milyard dollar) gəlir əldə edib.

Moskvanı son dövrdə ən çox ziyarət edən turistlərin başında Çin və Cənubi Koreya vətəndaşları gəlir. Almaniya, İspaniya, İtaliya kimi ölkələrdən gələn turistlərin sayında isə, Dünya Kuboku səbəbiylə bu il ciddi artım yaşanması gözlənilir.

Moskva, keçən noyabr ayında Instagram tərəfindən dünyanın ən populyar üç şəhəri arasında göstərilib.

National Geographic jurnalı isə Moskvanı, mütləq ziyarət edilməsi lazım olan yeddi şəhərdən biri olaraq təyin edib.

Moskva, The Wall Street Journalın "qış turizmi üçün ən məşhur beş şəhər" siyahısında da yer alıb.

Həmçinin Rusiya ilə Türkiyə arasındakı əlaqələrin turizmdə son dərəcə müsbət istiqamətdə inkişaf etdiyini ifadə edən Yarğıçı Rusiyadan bu il 6 milyon ziyarətçinin gəlməsini və daha irəli bir nöqtəyə aparılmasının lazım olduğunu qeyd edib. O, '' Antaliyada 400-ü 5 ulduzlu olmaq üzrə, 900 otelin olduğunu və Rusiya bazarı yalnız turizm üçün deyil eyni zamanda iqtisadiyyatımız üçün də çox əhəmiyyətli bir nöqtəyə gəlmiş vəziyyətdədir. '' sözlərini söyləyib.

Antalyadakı bir konfransda Rus mətbuatına açıqlama verən Limak İnternational Hotels rəsmisi "Avropalı turistlərə satışları dayandırdıqlarını və yerləri Rus turistlər üçün təqdim etdiklərini bildirib. Bu il çox tələb var, çox sayda turist gözləyirik" deyə o çıxışına əlavə edib.