Ötən iki ildə turizmə qarşı kütləvi nümayişlər edilən İspaniya, 2018-ci ilə də ziyarətçi artımı ilə başlayıb. Yanvar ayı üzrə göstəricilərə görə, hava yolu ilə İspaniyaya gedən ziyarətçi sayı ötən ilin eyni dövrünə nisbətən 6 faiz artaraq 4 milyon 923 min nəfərə yüksəlib.
İlin ilk ayında İspaniyaya ən çox ziyarətçi göndərən ölkə 964 minlə İngiltərə olub. Onu 678 minlə Almaniya, 462 minlə İtaliya, 375 minlə Fransa təqib edib.
Yanvar ayında hava yolu ilə İspaniyaya gedənlərin 51.9% - i (2 milyon 556 min) büdcəli, 48.1% - i isə (2 milyon 366 min) ənənəvi havayolu şirkətlərini istifadə edib.
Turist sayındakı sabit artıma baxmayaraq, otel sayında son dörd ildə heç bir dəyişiklik baş verməyib. İspaniyada 289 beş ulduzlu, 2.224 ədəd 4 ulduzlu, 2.473 ədəd 3 ulduzlu otel fəaliyyət göstərir. Otellər adətən otaq və səhər yeməyi çərçivəsində xidmət göstərir, “hərşey daxil” sistemi isə yox deyiləcək vəziyyətdədir. Xüsusən Madrid kimi şəhər mərkəzlərində otellər “1 otaq” (only room) satış üsulları tətbiq edirlər.
İspaniya hökumətinin proqramına əsasən, 2020-ci ildə 1 milyon Çinli turistin ölkəyə səfər etməsi hədəflənib. Bu hədəfə əsasən İspaniya təqdimat agentliyi Turespaa tərəfindən Çində müxtəlif təqdimat fəaliyyətlərinə başlayıb. TV proqramları, sosial media kampaniyaları, bloqqer qarşılamaları, iki ölkə turizm təşkilatlarının əməkdaşlıq prosesinin başlanılması, birbaşa tarifli və iqtisadi uçuş saylarında artım, viza asanlığı, hava limanlarında Çincə istiqamətləndirmə lövhələri yerləşdirilməsi və şəxsi heyət məşğulluğu başlanılan işlərin bir hissəsi olaraq gözə çarpır.