8 mart tarixi dünyanın əksər ölkələrində beynəlxalq qadınlar günü kimi qeyd olunur. Bu tarixdə yaşından cəmiyyətdə tutduğu yerindən asılı olmayaraq bütün xanımları təbrik etmək lazımdır. Fins.az-da bütün xanımları 8 mart beynəlxalq qadınlar günü münasibətilə təbrik edir. Bu gün bir çox ölkələrdə bir növ yazın gəlişi baharınn ilk qədəmlərini qoyulduğu gün kimi də əlamətdardır.
8 martın yaranma tarixi
1910-cu ildə Kopenhagendə çalışan qadınların sayca ikinci konfransı keçirilir. Bu zaman Almaniyadan olan sosial-demokratlar partiyasının rəhbəri Klara Çetkin hər il 8 mart tarixini dünyada beynəlxalq qadınlıar günü kimi qeyd olunmasını irəli sürür. Çetkin bu bayramın məqsədini qadınların haqlarının mübarizəsi olduğunu bildirir.
1975-ci ildə isə Beynəlxalq Qadınlar günü BMT tərəfindən rəsmi status alır.
Bu ölkələrdə 8 mart qeyd olunmur
Almaniyada bu bayram müxtəlif illərdə qeyd olunsa da müəyyən vaxtlar heç yada da salınmayıb. Bu günlərdə almanlar da fransızlar kimi xanımların bayramını analar günündə qeyd edirlər.
Bolqarıstanda da bu bayram demək olar ki qeyd olunmur. 8 mart traixində Çində heç bir gül dəstəsinə rast gəlmək olmur. Çünki 8 mart Çində adi günlərdən biri hesab olunur. İtalyanlar və Litovlar üçün bu bayram dövlət səviyyəsində olmasına baxmyaraq, italyan xanımlar 8 martı bir yerə toplaşaraq özləri üçün qeyd edirlər. Bu zaman heç bir evli italyan xanımıən yoldaşı bu tədbirdə iştirak etmir. Bu bayramı İtaliyada yalnız xanımlar özləri üçün qeyd edirlər.
Litvada isə yalnız rus dilli xanımlar bu bayramı qeyd edirlər.
8 mart beynəlxalq qadınlar gününü qeyd etməyən ölkələrin siyahısı ilə tanış olduq. Lakin bu bayramı təmtəraqlı qeyd edən xalqlar da var. Odur ki, Fins.az 8 martı qeyd edən xalqların dilində təbrik sözünü təqdim dir.
İngilis dilində - Happy women's day!
Gürcü dilində - Gilots’avt’ k’alt’a dgheё!
Qırğız dilində - Ayaldar künü menen kuttuktaybız!
Rumın dilində - În Ziua Femeii!
İspan dilində - Feliz Día de La Mujer!
Fransız dilində - Heureuse Journée de la Femme!
Çex dilində - Vše nejlepší k MDŽ!
Bolqar dilində - Честит ден на жената
Müəllif: Xeybər Heydərov