30 Oktyabr

Dünya iqtisadiyyatını sarsıdıcı dalğalar gözləyir - SAXO BANK

Saxo Bank: Dünya iqtisadiyyatını 2018-ci ildə sarsıdıcı dalğa gözləyir. Bu təsir nəticəsində ABŞ, Yaponiya mərkəzi banklarının zəifləməsi, SP 500 fond indekslərinin çökməsi, Avropa Birliyi ölkələrində qeyri-stabil siyasi vəziyyət və investorların bitcoinə olan marağı itə bilər deyə Saxo Bankın dünya iqtisadiyyatının gələcəyi haqqında dediklərində yazılır.
Fins.az qərb mediasına istinadən xəbər verir ki,adı çəkilən bankın ekspertləri hesab edirik ki, 2017-ci ilin şübhəli zəif maliyə və birja volatilliyi 2018-ci ildə özünü biruzə verəcək. Odur ki, proqnozlarımız bir başa ona işarə edir ki, 2018-ci il dünya iqtisadiyatı üçün heç də yaxşı olmaya bilər – deyə bankın sənədlərində yazılır.
Əminliklə demək istəyirik ki,2018-ci ildə bizim proqnozlarımızdan biri olacağı təqdirdə dünya iqtisadiyyatı tamamilə başqa istiqamətə dəyişə bilər.
Qeyd edək ki, Saxo Bankın əsas proqnozlarından biri də ABŞ-ın Federal Rezerv Sisteminin zəifləməsi olacaq.
2018-ci ildə FED-in əhəmiyyətli dərəcədə zəifləməsi gözlənilir. Zəifləmənin səbəbi isə rəsmi Vaşinqtonun borc öhdəliyi qarşılığında dövlət gəlirlərini məhdudlaşdırmağı planlaşdıracaq deyə sənədlərdə qeyd olunur.
Vəziyət bir qədər də onda gərginləşir ki, respublikaçılar vergiləri azaltması büdcə nizamının pozulmasına səbəb olacaq. Bununla da FED-in vəziyyətinin bir qədər də çətinləşəcəyi bildirilir.
Vəziyyətin idarə etmədən çıxması nəinki ABŞ-a həmçinin Yaponiyaya da ciddi mənfi təsir edəcək. Belə ki, Yaponiya Mərkəzi Bankının faiz göstəricilərinə və aşağı gəlirlərə arxayınlaşmış siyasəti uğursuzluğa düçar olacaq deyə proqnozda deyilir.
Gözləntilərə görə inflyasiyanın artması gəlirlərin də artmasına səbəb olacaq hansı ki, buda Yapon yeninin xeyli dərəcədə ucuzlaşmasına səbəb olacaq. Bu zaman Yaponiya Mərkəzi Bankının yumşaldılmış siyasət aparmasına səbəb olacaq. Lakin bu hadisənin 1dolların 150 yen olduqdan sonra baş verəcəyi bildirilir.
Neft Erası
Saxo Bankın ekspertləri Çinin neft siyasəti barədə də danışıblar. Belə ki, Şanxay beynəlxalq energetika birjalarına tələbin böyük olması, eyni zamanda neft ticarətinin fyuçerslərlə yuanla həyata keçirilməsi vəziyyəti, Çinin xeyrinə dəyişməsinə əsas verir. Ekspertlər qeyd edir ki, bu günə kimi dünya neft birjalarında fyuçerslərdə lider WTI və Brent nefti olub. Hansı ki, bu məhsulların satışları dollarla həyata keçirilirdi.
2018-ci ildə Şanxay energetika birjalarında neft müqavilələri Çin yuanında bağlanacaq ki, bu da böyük geopolitik və iqtisadi nəticələr üzə çıxardacaq.
Ailə daxili gərginlik – Avropada münaqişələr
Saxo Bank-ın ekspertləri hesab edir ki,Qərbi Avropa ilə Şərqi Avropa arasında miqrant məsələləri, demoqrafik dəyərlər vəziyyəti bir qədər də gərginləşdirəcək.
Belə ki, analitiklərin sözlərinə görə artıq Aİ prezidentliyinə seçkilərdə iştirak etməyi düşünən hazır ki Fransa prezidenti Emanuel Makron Almaniya rəhbərliyini və Beniluks ölkə başçılarını Aİ daxilində vahid büdcənin yaradılmasında razı salıb. Bundan isə Şərqi Avropa ölkələrinin rəhbərlərinin narazı qaldıqları bildirilir. Bu ölkə rəsmiləri hesab edirlər ki, ayrıca büdcənin yaradılması onların Avropa birliyində nüfuzlarına ciddi təsir edəcək .
Hazırda Avstriya hakimiyətinin immiqrantları kənarda saxlamaları üçün əllərindən gəldikləri edildiyi bildirilir. Hətta Avstriyanın artıq 13 Avro ölkəsi ilə birlikdə koalisiya yaratdığı bildirilir. 1951-ci ildə bu yana ilk dəfədir ki, Avropada Frank-Alman ittifaqı yaradılır deyə sənədlərdə deyilir. Lakin bütün bu birliklərə baxmayaraq yeni ilin sonuna kimi avronun ucuzlaşacağı gözlənilir. Buna səbəb yaranmış geopolitik vəziyət olacaq.
Bitcoinin ölümü
2017-ci ildə bəzi ölkələrin kriptavalyutalara qadağa qoyması 2018-ci ildə onların sıradan çıxmasına səbəb olacaq. Belə ki, Saxo Bankın elspertlərinin fikrincə Rusiya və Çinin kriptavalyutalara qadağa qoyması bu virtual pulların “lümünə” səbəb olacaq. 2018-ci ildə də kriptavalyutaların qiyməti durmadan bahalaşacaq. Lakin adı çəkilən bu ölkələrin bu pullara son qoyacağı qeyd olunur.
Müəllif: Xeybər Heydərov