30 Oktyabr

Redevelopment tipli layihələrdə – gəlir 15% yuxarıdır

Bu ilin ilk yarısında əmlak bazarının əsas payı bu qitələrin payına düşür: Amerika, Asiya və Avropa

2017-ci ildə ən iri beynəxalq daşinmaz əmlak bazarı Vyetnam, Hindistan, Almaniya və ABŞ-dır. Şəhərlərə arasında isə Barselona, Banqalor, Bankok, Budapeş, Los-Anceles, Madrid, Manila, Mumbai, Xoşimin, Şanxay, Şençjendir.

ABŞ bazarı yeni investorların cəlbində maraqlıdır, çünki dolların artımı, kapital artımına səbəb olacaq. Hal-hazırda əmlak bazarı inflyasiya riski ən az olan sahədir

Asiya bazarında isə Hindistanı vurğulamaq olar. Bu ölkənin iqtisadiyatı yüksək templə inkişaaf edir, bu isə beynəlxalq investorların cəlb edir. Digər arqumentlərə nəzər yetirdikdə, Hindistanını maliyyə bazarının möhkəmliyi və kredit faizlərinin az olmasıdır, ümümi əhalinin kredit üzrə gecikmələri minimuma həddədir.

Avropa bazarına nəzər yetirdik isə, ekspertlərin fikirincə, uzun müddət dərəcələr aşağı olacaq. Bu vəziyyət həm xarici investorları, həmçinin daxili investorları cəlb edəcək.

2017-ci ildə kommersiya tipli əmlaklarada maraq artıb, maraqlı tərəflərindən biri odur ki, investorlar bu tip əmlaklarla qısa müddətli müqavilə bağlamağa üstünlük verirlər. Səbəbi isə infliyasiya zamanı dərəcələrə yenindən baxmağa imkan yaradır. Sabit bazarlarda investorları 2-3 illik investisiyalar maraqlandırır, əsasəndə redevelopment tipli layihələr. Danişmaz əmlak bazarına yüksək tələbat olan Almaniya və İspaniya bazarında bu tip layihələrin gəlirləri 15% faizda yüksəkdir

Ölkəmizdə isə ümumən, daşınmaz əmlak bazarında iyun ayı ərzində 0.6 faiz azalma müşahidə olunub. Ay ərzində təkrar mənzil bazarında 7 faiz, ilkin mənzil bazarında qiymətlərdə 1 faiz azalma olub, torpaq bazarında isə qiymətlər demək olar ki, stabil qalıb. Adətən bazarda aktivlik avqustun sonu, sentyabrın əvvəlində başlayır. Bazarda aktivliyin artması təbii ki, qiymət artımına da səbəb olacaq.