30 Oktyabr

Bu ilin iyun ayı üçün yerli və xarici kanalların – İZLƏNMƏ STATİSTİKASI

İyun ayının nəticələri sayca 3-cü ardıcıl araşdırmamdır. Bundan əvvəl, AprelMay ayı üçün yerli və xarici kanalları araşdırmışdım. Nəticələrin mənbəsi haqqında ilk yazımda məlumat vermişdim.

Yerli televiziya xidmətləri operatorlarından birinin İPTV xidməti abunəçiləri arasında TV kanalların izlənmə saatlarına əsasən 200 kanalı yenə 3 əsas kateqoriyaya bölmüşəm: Azərbaycan kanalları, Rusdilli kanallar və Türkdilli kanallar. Bundan əlavə Uşaq kanallarınıayrıca təqdim edirəm.

Bu ayın nəticələrində ən əlamətdar məqam son ayların ən çox izləninlən kanalı, Türkiyənin Star kanalının geriləməsi və birinciliyi Azərbaycanın ATV kanalına verməsini qeyd etmək olar.

Başda ümumi siyahının lideri ATV olmaqla, yerli kanallarımızın sıralaması belədir:

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənmə

saatı

1

ATV

36012

4

Xəzər TV

17045

15

AZ TV

6410

16

ARB TV

6346

18

Space TV

6259

24

İctimai TV

4742

29

Lider TV

3885

31

İnter AZ

3406

38

Mədəniyyət

2859

42

İdman AZ

2717

47

CBC

2451

57

ARB Günəş

1669

115

CBC Sport

511

İyun ayı həm xarici həm də yerli kanalar arasında lider ATV Azərbaycan kanalı olub. ATV ötən aya nisbətən təqribən 8000 saat çox izlənilərək ümumi 36012 izlənmə saatı toplayıb. Xəzər TV isə 2-ci ən baxımlı Azərbaycan kanalı olaraq demək olar ki yerində sayır və lider ATV-dən izlənmə saatlarına görə təqribən iki dəfə geri qalır. Eyni zamanda Xəzər TV ümumi siyahının 4-cü baxımlı TV kanalıdır. Növbəti iki TV kanal, ARB TVAZTV isə ölkənin iki lider TV kanalından dəfələrlə geri qalırlar və iyun ayı demək olar ki, bərabər nəticə göstəriblər. AZTV 6410 saat, ARB TV isə bir qədər az 6346 saat izlənib. Ümumi siyahının 24-sü, yerli kanalların isə 5-si isə İyun ayı 4742 saat izlənilən, İctimai TV olub. Xatırladım ki, ötən ay bu TV kanal təqribən 2000 saat daha çox izlənmişdi və May ayının ümumi siyahısında 14-cü olmuşdur. Ardınca isə biri birlərində çox az fərq ilə, ardıcıl olaraq, Lider TV, İnter AZ, Mədəniyyətİdman Azərbaycan TV kanalları qərarlaşır. Yerli kanalların 2017 İyun ayı üçün olan cədvəlinin dibini isəCBC, ARB GünəşCBC Sport kanalları qapayırlar. Ümumi siyahın 115-si yerli kanalların isə sonunsu olan, CBC Sport, digər yerli kanallara nisbət çox az saat izlənib, cəmi 511 saat.

Türk kanallarına gəldikdə isə, nəticələr belədir:

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənib

(saat)

2

Star

25754

5

ATV Türk

13799

6

TV 8

12950

7

Show TV

12617

10

Kanal 7

8660

*Siyhaıda FOX TürkKanal D yoxdur. Bu kanallar artıq Azərbaycanda yayımlanmır.

Ötən ayların lideri, Star TV ümumi siyahıda birinciliyi əldən versə də, Türk kanalları arasında hələ də liderdir25754 saat. Şübhəsiz ki, bu kanalda yayımlanan Kara Sevda serialının ölkəmizdə populyarlığının bu nəticədə rolu böyükdür. Kara Sevda serialının sezon finalı İyun ayının əvvəli olduğundan, ötən aylara nisbətən Star TV daha az izləndi. Acun İlıcalının kanalı, TV 8 də bu ayın ümumi siyahısında bir pillə geriləyərək 6-cı olub. TV 8 öz ötən aykı yerini digər Türk kanalı, ATV Türkə verib. ATV Türk 13799 saatTV 8 isə 12950 saat izlənib. Bir maraqlı faktı burda qeyd edim ki, İyul ayından TV 8 kanalında ruslarınMaşa və Ayı cizgi filminin türkcə dublyaj olunmuş seriaları yayımlanır, hesab edirəm ki, İyul ayının nəticələrində bunun TV 8 kanalı üçün müsbət nəticələri olacaq. Bir qədər daha az izlənmə saatı ilə, ümumi siyahıda 7-ci, Türk kanalları sırasında isə 4-cü olan, Show TV qərarlaşıb – 12617 saat. Bu TV kanalda da populyar serialların yayımında yay fasiləsi olduğundan izlənmə saatları azalmışdır. Digər Türk kanalları isə bu 4-lükdən geri qalmaqda davam edirlər. Ən yaxın olanı Kanal 7-dir ki, o da cəmi 8660 saatla ümumi siyahıda 10-cu yerdədir. Ötən ay isə bu geri qalma daha da çox idi.

Rus kanallarına baxdıqda isə, nəticələr belədir:

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənib

(saat)

3

Первый

18170

8

НТВ

8871

9

Россия 1

8719

11

ТНТ

7592

12

СТС

7195

Rus kanalları ayrı ayrılıqda əsas Türk kanallarına nisbətən az baxılırlar. Lakin ümumilikdə tam siyahıda ilk 15 Rus kanalının hər biri 4000 saatdan çox izlənib, Türk kanallarından isə bu göstəriciyə yalnız 6 kanal malikdir. Türk kanalları əsasən geniş kütləyə yönəliblərsə, Rus kanalları daha çox konkret auditoriyaların maraq dairələndədirlər.

Ötən aylar olduğu kimi, bu ay da ən çox baxılan Rus kanalı, 1-й Канал olaraq qalır – 18170 saat. Lakin bu ay 1-й Канал bir qədər çox izlənib və ümumi sıralamada bir pillə irəliləyərək üçüncü olub. Digər Rus kanallarının izlənmə saatları isə nisbətən daha azdır. Siyahımızın ikinci Rus kanalı, НТВ, 8871 saat baxılıb və ümumi siyahıda 8-ci yerini ötən aydan qorumaqdadır. Ardınca isə siyahıda 3-cü Rus kanalı, Россия 1-dir, 8719 saat. Daha populyar hesab etdiyim, ТНТСТС kanalları isə, ümumi siyahıda ardıcıl olaraq 1112-cidilər. Ardıcıl olaraq, 7592 7195 saat.

Ötən ay olduğu kimi bu ayda uşaq kanalları, TOP-larda olmasalar da hər 3 dil kateqoriyasında orta yerlərini qoruyurlar. Uşaq kanalların cədvəli belədir:

200 kanallıq sıralamada yeri

Kanalın adı

Ay ərzində izlənib

(saat)

14

Nickelodeon

6894

17

Nick Jr

6314

22

TRT Çocuk

5210

28

Cartoon Net..

4305

33

Disney RUS

3308

34

Карусель

3128

54

Minika Çocuk

1760

57

ARB Günəş

1669

Ən baxımlı 8 uşaq kanalları sırasında 5 Rus, 2 Türk və 1 Azərbaycan kanalı var. İyun ayının ən baxımlı uşaq kanalı rusdilli Nickelodeon olub, 6894 saat. Ötən ayın birincisi rusdilli Nick Jr isə cüzi fərq ilə, uşaq kanalları sırasında ikincidir, 6314 saat. Türk dilində olan ən baxımlı uşaq kanalı isə, ötən ay olduğu kimiTRT Çocuk qalır, 5210 saat. Siyahıda növbəti uşaq kanalları isə müvafiq olaraq 4305, 3308, 3128 saat iləCartoon Network, Disney Rus və Карусель qərarlaşıblar. Daha sonra isə 1760 saat ilə Minika Çocukkanalı yer alırlar. Ondan cuzi fərq ilə, yerli ARB Günəş kanalı İyul ayının 8-ci baxımlı uşaq kanalıdır –1669 saat.

May ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarının artımına görə aşağıdakı 3 kanalı qeyd etmək olar:

Kanalın adı

May

(saat)

İyun

(saat)

Saat fərqi

ATV AZ

28451

36012

7561

Kanal 7

6278

8660

2382

360 TV

1999

3101

1102

May ayının nəticələri ilə müqayisədə İyul ayı izlənmə saatlarında geriləməyə görə isə aşağıdakı 3 kanalı qeyd etmək olar:

Kanalın adı

May

(saat)

İyun

(saat)

Saat fərqi

Star

36012

28451

-7561

İdman AZ

6626

2717

-3909

AZ TV

6410

9075

-2665









Əgər Star TV kanalında geriləməni Kara Sevdavə digər seriallarda fasilə ilə əsaslandırmaq olarsa, İdman AzərbaycanAZ TV-də belə bir fərq ona görə yaranıb ki, May ayı bu TV kanallarda 4-cü İslam Həmrəylik Oyunları yayımlanırdı.

Siz də, ən son nəticələrdən məlumatlı olmaq istəyirsinizsə lütfən səhifəmi izləyin.



Müəllif: Sabir Məşədizadə