Müasir dünyanı smartfonlarsız təsəvvür etmək mümkün deyil. Bu balaca cihazlar bizi yalnız bir düyməni sıxmaqla istənilən məlumatı əldə etməyimizə imkan verir. Bütün dünyada olduğu kimi ölkəmizdə də yaşından asılı olmayaraq hər kəsin smartfonlara böyük marağı var.
Son statistikaya görə, dünyada ən çox satılan smartfonlar arasında Samsung və iPhone modelləri liderlik edir. Bəs görəsən Azərbaycanın smartfon bazarında lider kimdir?
Fins.az-ın paytaxtın məşhur telefon dükanlarından əldə etdiyi məlumata görə, hazırda Azərbaycan bazarında ən çox tələb olunan model Samsung A5 -ə və İPhone 7-dir. Dükanlarda həmin məhsulların satış qiymətlərini təqdim edirik.
İrşad Telecom
İPhone 7
32 GB – 1 239 manat
128 GB – 1 439 manat
256 GB – satışda yoxdur
Samsung A 5 – 779 manat (2017-ci il istehsalı)
World Telecom
İPhone 7
32 GB – 1 250 manat
128 GB – 1 429 manat
256 GB – 1 629 manat
Samsung A 5 - 649 manat (2016-cı il istehsalı)
Samsung A5 – 819 manat (2017-ci il istehsalı)
Kontakt Home
İPhone 7
32 GB – 1 200 manat
128 GB – 1 450 manat
256 GB – yoxdur
Samsung A 5– 779.99 manat (2016-cı il istehsalı)
Soliton mağazalar şəbəkəsi
İPhone 7
32GB – 1 299 manat
128 GB – 1 489 manat
Samsung A 5 – 779 manat (2017-ci il istehsalı)
Baku Elektronics
Samsung A5 - 889 manat (2017-ci il istehsalı)
Samsung A5 - 659 manat (2016-cı il istehsalı)