Neft sənayesi 2017-ci ildə qiymətlərin nəhayət bərpa edib güclənəcəyinə ümüd edirdi. Lakin sənaye uzun illər neftin ucuz olacağına öyrəşməlidir.
Belə ki, nəhəng investisiya bankları neft üzrə öz qiymət proqnozlarını aşağı salır. Fins.az-ın verdiyi məlumata görə, Wall Street Journal-ın 14 investisiya bankının icmalında WTI qiyməti 2017-ci il üçün 52 USD/bbr proqnozlaşdırılır. Bu da may ayından 2 dollar daha aşağıdır. Banklar da hazırda WTI-ın 2018-ci ildə orta qiymətini 55 USD/bbr proqnozlaşdırır, bu da yenə də may proqnozlarından 2 dollar daha ucuzdur.
Goldman Sachs neftin 2017-ci ildə neftin qiyməti proqnozunu 47,5 dollaradək aşağı salması səs-küyə səbəb olub. Bununla birgə analitiklər nədən öncə belə səhv etdiklərini hələ də izah edə bilmirlər.
İnvestisiya bankı Nigeriya və Liviyada daha yüksək hasilatı və ABŞ-da şist neftinin hasilatının canlanmasını gözləyir. Ona görə də dünya ehtiyatlarının 2018-ci ilin martında balansa çatacağına şanslar heç də yüksək deyil. ABŞ-da qazma qurğularının sayının durmadan artması bu il də davam edəcək, ona görə də normallaşmağa vaxt sadəcə çatmayacaq.
Eyni zamanda Goldman deyir ki, neftin qiyməti bu il qismən artım görə biləcək, bu da minimum 40 USD/bbr ətrafına qayıdış olacaq.
Qısa müddətli olsa da belə qiymət artımını niyə gözləməyə dəyər? Birincisi, ehtiyyatların yavaş düşməsinə baxmayaraq, vacibi odur ki, onlar yenə də düşür. İkincisi, investorların bu pozisiyasından sonra spekulyativ dərəcələrin artımı üçün potensial var. Üçüncüsü də, neftə tələbat artır, OPEC isə istehsalını daha azalda bilmir. Və nəhayət, şist sektorunda inflyasiya gözləntilərinin əksinə hasilatın daha aşağı enməsinə gətirib çıxara bilər.
Goldman-da hesab edirlər ki, neftin qiyməti qısamüddətli perspektivdə qalxa bilər. Lakin şistin məhsuldarlığının artırılması və səmərəliliyi uzun müddətli perspektivdə qiymətlərin artımına mane ola bilər və onları 50 USD/bbr səviyyəsində saxlaya bilər.
Goldman-dan başqa bir çox digər banklar - Bank of America, Citigroup, JPMorgan Chase и Societe Generale da öz proqnozlarını aşağı salıb. Eyni zamanda hələ aprel ayında onlardan bəziləri Brent-in barrelinə 70 dollar veriləcəyini deyirdilər. İndi isə hətta ən “tərs” bank – “Bank of America” Brent-in üçüncü rübdə 47 USD/bbr təşkil edəcəyini deyir.
Neftin qiymətlərinin aşağı düşməsi energetika şirkətlərinin səhmlərinin aşağı düşməsinə gətirəcək. 90 neft şirkəti daxil olan dünya energetika indeksi MSCI ardıcıllıqla ikinci rübdür ki, qiymətləri aşağı salır. Sözsüz ki, bu neftin qiymətlərinin aşağı düşməsi ilə bağlıdır.
Bloomberg-in açıqlamasına görə, indeksə daxil olan 90 şirkət aprel ayından 115 milyard dollar itirib. Onlardan yalnız 17-si ikinci rübdə səhmlərin kotirovkalarında artım görüb. Ona görə də, heç də təəcüblü deyil ki, MSCI dünya indeksində energetika sektoru ən problemli hesab olunur.
Üç illik tənəzzül zamanı bu sektor xərcləri və qiymətləri azaldaraq, itkisi olmadan daha da effektiv olub. Buna baxmayaraq onların maliyyə durumu neftin qiymətindən çox asılıdır.
Ümumiyyətlə, analitiklər arasında əhval bir neçə həftə bundan əvvəllə müqayisədə daha neqativdir. Hamı neftin qiymətinin uzun müddət aşağı olacağını gözləyərək proqnozlarını aşağı salıb.