30 Oktyabr

Bank sektoru hansı audit şirkətlərinə etibar edir? – ARAŞDIRMA

Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları audit yoxlamasını əsasən iki şirkətə - “DeloitteTouche” və “ErnstYoung”a (EY) həvalə edir.

Bankların əksəriyyəti 2016-cı ilin audit hesabatlarını açıqlamadığı üçün araşdırma predmeti kimi 2014-2015-ci illərin hesabatları götürülüb.

Məlum olub ki, “EY” şirkəti bü dövrdə - hər il 7 bankın maliyyə vəziyyətini audit edib. Bu, “Azər-Türk Bank”, “Bank VTB (Azerbaijan)”, “Expressbank”, “Kapital Bank”, “PAŞA Bank” ASC-lər, eləcə də “Accessbank” və “YapıKredi Bank Azerbaijan” QSC-lərdir.

“DeloitteTouche” şirkəti 2014-cü ildə 8, 2015-ci ildə isə 6 banka audit rəyi verib. “AFB Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku”, “Bank Respublika” və “Turanbank” hər iki ildə “DeloitteTouche”la əməkdaşlıq edib. 2014-cü ildə auditi bu şirkətə etibar etmiş “Nikoil Bank”, “Rabitəbank” və “Unibank” 2015-ci ildə onun xidmətindən imtina edib: ilk iki bank “KPMG” şirkəti, sonuncu isə sərbəst auditorla işləməyə üstünlük verib. 2014-cü ildə “Grant Thornton” şirkəti ilə işləmiş “Silkway Bank” ASC isə 2015-ci ildə onu “DeloitteTouche”la əvəz edib.

“KPMG” həm də “AGBank”ın daimi müştərisi olub. “Grant Thornton” isə “Azərbaycan Sənaye Bankı” ASC-yə daimi, “Amrahbank” ASC-yə 2015-ci ildə xidmət göstərib. Sonuncunun 2014-cü ildə auditini “PWC” aparıb. Yeri gəlmişkən, bu şirkət “Atabank” və “Naxçıvanbank” ASC-lərə hər iki ildə audit rəyi verib, həmçinin bazara 2015-ci ildə daxil olmuş “Zıraat Bank (Azerbaijan) ASC-nin auditoru olub.

Xidmət göstərdiyi bankların sayına görə seçilən daha bir audit şirkəti isə “RSM”-dir. Onun xidmətindən 3 bank – “Bank BTB”, “Günaybank” və “NBC Bank” ASC-lər daimi istifadə edir. “Bank Avrasiya” və “Muğanbank” ASC-lər isə audit məsələsində “Baker Tilly”yə etibar edir.

“Dəmirbank” ASC “JPA”, “Xalq Bank” ASC “Crowe Horwath”, “Bank Melli İran-Baku” “Best”, Pakistan Milli Bankının Bakı filialı isə “RR-VAM” ilə işləyir.

Kommersiya bankları Auditi aparan şirkət (2015-ci il) Auditi aparan şirkət (2014-cü il)
1 “Accessbank” ErnstYoung (EY) EY
2 “AFB Bank” DeloitteTouche DeloitteTouche
3 “AGBank” KPMG KPMG
4 “Amrah Bank” Grant Thornton PWC
5 “Atabank” PWC PWC
6 “Azərbaycan Beynəlxalq Bankı” DeloitteTouche DeloitteTouche
7 “Azərbaycan Sənaye Bankı” Grant Thornton Grant Thornton
8 “Azər-Türk Bank” EY EY
9 “Bank Avrasiya” Baker Tilly Baker Tilly
10 “Bank of Baku” DeloitteTouche DeloitteTouche
11 “Bank BTB” RSM RSM
12 “Bank Respublika” DeloitteTouche DeloitteTouche
13 “Silkway Bank” DeloitteTouche Grant Thornton
14 “Bank VTB (Azerbaijan)” EY EY
15 “Dəmirbank” JPA JPA
16 “Expressbank” EY EY
17 “Günaybank” RSM RSM
18 “Xalq Bank” Crowe Horwath Crowe Horwath
19 “Kapital Bank” EY EY
20 “Bank Melli İran-Baku” Best Best
21 “Muğanbank” Baker Tilly Baker Tilly
22 “Naxçıvanbank” PWC PWC
23 “NBC Bank” RSM RSM
24 “Nikoil Bank” KPMG DeloitteTouche
25 Pakistan Milli Bankı Bakı filialı RR-VAM RR-VAM
26 “PAŞA Bank” EY EY
27 “Rabitəbank” KPMG DeloitteTouche
28 “Turan Bank” DeloitteTouche DeloitteTouche
29 “Unibank” Xaləddin Əliyev DeloitteTouche
30 “YapiKredi Bank (Azerbaijan)” EY EY
31 “Zıraat Bank (Azerbaijan)” PWC Bank bazarda olmayıb

© Report