Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları audit yoxlamasını əsasən iki şirkətə - “DeloitteTouche” və “ErnstYoung”a (EY) həvalə edir.
Bankların əksəriyyəti 2016-cı ilin audit hesabatlarını açıqlamadığı üçün araşdırma predmeti kimi 2014-2015-ci illərin hesabatları götürülüb.
Məlum olub ki, “EY” şirkəti bü dövrdə - hər il 7 bankın maliyyə vəziyyətini audit edib. Bu, “Azər-Türk Bank”, “Bank VTB (Azerbaijan)”, “Expressbank”, “Kapital Bank”, “PAŞA Bank” ASC-lər, eləcə də “Accessbank” və “YapıKredi Bank Azerbaijan” QSC-lərdir.
“DeloitteTouche” şirkəti 2014-cü ildə 8, 2015-ci ildə isə 6 banka audit rəyi verib. “AFB Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank of Baku”, “Bank Respublika” və “Turanbank” hər iki ildə “DeloitteTouche”la əməkdaşlıq edib. 2014-cü ildə auditi bu şirkətə etibar etmiş “Nikoil Bank”, “Rabitəbank” və “Unibank” 2015-ci ildə onun xidmətindən imtina edib: ilk iki bank “KPMG” şirkəti, sonuncu isə sərbəst auditorla işləməyə üstünlük verib. 2014-cü ildə “Grant Thornton” şirkəti ilə işləmiş “Silkway Bank” ASC isə 2015-ci ildə onu “DeloitteTouche”la əvəz edib.
“KPMG” həm də “AGBank”ın daimi müştərisi olub. “Grant Thornton” isə “Azərbaycan Sənaye Bankı” ASC-yə daimi, “Amrahbank” ASC-yə 2015-ci ildə xidmət göstərib. Sonuncunun 2014-cü ildə auditini “PWC” aparıb. Yeri gəlmişkən, bu şirkət “Atabank” və “Naxçıvanbank” ASC-lərə hər iki ildə audit rəyi verib, həmçinin bazara 2015-ci ildə daxil olmuş “Zıraat Bank (Azerbaijan) ASC-nin auditoru olub.
Xidmət göstərdiyi bankların sayına görə seçilən daha bir audit şirkəti isə “RSM”-dir. Onun xidmətindən 3 bank – “Bank BTB”, “Günaybank” və “NBC Bank” ASC-lər daimi istifadə edir. “Bank Avrasiya” və “Muğanbank” ASC-lər isə audit məsələsində “Baker Tilly”yə etibar edir.
“Dəmirbank” ASC “JPA”, “Xalq Bank” ASC “Crowe Horwath”, “Bank Melli İran-Baku” “Best”, Pakistan Milli Bankının Bakı filialı isə “RR-VAM” ilə işləyir.
№ | Kommersiya bankları | Auditi aparan şirkət (2015-ci il) | Auditi aparan şirkət (2014-cü il) |
1 | “Accessbank” | ErnstYoung (EY) | EY |
2 | “AFB Bank” | DeloitteTouche | DeloitteTouche |
3 | “AGBank” | KPMG | KPMG |
4 | “Amrah Bank” | Grant Thornton | PWC |
5 | “Atabank” | PWC | PWC |
6 | “Azərbaycan Beynəlxalq Bankı” | DeloitteTouche | DeloitteTouche |
7 | “Azərbaycan Sənaye Bankı” | Grant Thornton | Grant Thornton |
8 | “Azər-Türk Bank” | EY | EY |
9 | “Bank Avrasiya” | Baker Tilly | Baker Tilly |
10 | “Bank of Baku” | DeloitteTouche | DeloitteTouche |
11 | “Bank BTB” | RSM | RSM |
12 | “Bank Respublika” | DeloitteTouche | DeloitteTouche |
13 | “Silkway Bank” | DeloitteTouche | Grant Thornton |
14 | “Bank VTB (Azerbaijan)” | EY | EY |
15 | “Dəmirbank” | JPA | JPA |
16 | “Expressbank” | EY | EY |
17 | “Günaybank” | RSM | RSM |
18 | “Xalq Bank” | Crowe Horwath | Crowe Horwath |
19 | “Kapital Bank” | EY | EY |
20 | “Bank Melli İran-Baku” | Best | Best |
21 | “Muğanbank” | Baker Tilly | Baker Tilly |
22 | “Naxçıvanbank” | PWC | PWC |
23 | “NBC Bank” | RSM | RSM |
24 | “Nikoil Bank” | KPMG | DeloitteTouche |
25 | Pakistan Milli Bankı Bakı filialı | RR-VAM | RR-VAM |
26 | “PAŞA Bank” | EY | EY |
27 | “Rabitəbank” | KPMG | DeloitteTouche |
28 | “Turan Bank” | DeloitteTouche | DeloitteTouche |
29 | “Unibank” | Xaləddin Əliyev | DeloitteTouche |
30 | “YapiKredi Bank (Azerbaijan)” | EY | EY |
31 | “Zıraat Bank (Azerbaijan)” | PWC | Bank bazarda olmayıb |
© Report