30 Oktyabr

Beynəlxalq bazarlar və neftlə bağlı kiçik analitika

Fins.az “AzFinance Investisiya Şirkəti” tərəfindən hazırlanmış beynəlxalq bazarlar və neftlə bağlı kiçik analitikanı təqdim edir.

Beynəlxalq bazarlar

D.Trampın Səudiyyə Ərəbistanına səfərindən sonra ABŞ indeksləri üç gün ardıcıl olaraq qalxıb, Amerika şirkətləri müdafiə, energetika və infrastruktur sahələrində çoxmilyardlı kontraktlar imzalayıblar. SP 500 0,5% qalxıb, indeks keçən çərşənbə 1.8% itirdikdən sonra, üç gün ərzində 1.6% artıb. Sənayə şirkətlərin səhmləri artım lidərlərindən olub, xüsusilə, Boeing CO (NYSE: BA). Lakin, KİV-in yaydığı məlumtlardan sonra, ABŞ indekslərinin fyuçersləri azalmağa başlayıb, iddia olunub, D.Tramp kəşfiyyat rəhbərlərindən xahiş edib ki, Rusiya ilə əlaqələri açıq şəkildə inkar etsinlər. Bundan əlavə, Britaniya funtu ucuzlaşır, Yapon yenası və qızıl isə dünən Mançesterdə baş vermiş partlayışın fonunda qalxırlar. Polisdən bildiriblər ki, terakt versiyası nəzərə alınır. Avro dünən axşam bahalaşıb, A.Merkelin Almaniya ticarət profisitində “çox zəif” valyutanın olduğu haqda ittihamlı şərhlərindən sonra. Asiya birjaları vahid dinamika göstərmir. Meksika pesosu isə ucuzlaşıb, SP agentliyinin Braziliyanın kredit reytinqinin düşməsinə dair bəyanətlərindən sonra.

Neft

Neft səhər aşağı korreksiya olunur, Brentin barreli 53.6$ ətrafında ticarət olunur. OPEC+ razılaşmasının iştirakçılarının şərhləri spekulyasiyaları qarşıdakı kartelin cümə axşamı qərarı ətrafında dahada qızışdırır: OPEC-in baş katibi M.Barkindo bildirib ki, bütün istehsalçılar vaxtın uzadılmasına razılaşıblar, lakin onun müddəti iclas zamanı təyin olunacaq. Öncə isə İraqın (Səudiyyə Ərəbistanından sonra ikinci ən böyük OPEC istehsalçısı) energetika naziri qeyd edib ki, prolonqasiya müddəti ilə bağlı konsensus hələki yoxdur. Həmçinin, məlum olub ki, İraq razılaşmanın altı aylıq uzadılmasına dair çıxış edir. Amma sonradan axşam məlumat çıxıb ki, Səudiyyə Ərəbistanının sənayə və mineral resurslar nazirinin Bağdada səfərindən sonra İraq doqquz aylıq uzadılmasına razılıq verib. Bundan başqa, RF-in energetika naziri A.Novak razılaşmanın doqquz aylıq prolonqasiyası – baza variantı olduğunu bildirib.