30 Oktyabr

Vəsaitləri dollarda saxlamaqla nə qədər qazanmaq olar? – TƏHLİL

Manatın dollar qarşısında bir qədər möhkəmlənməsi vəsaitlərini xarici valyutada saxlayan vətəndaşlar üçün narahatlıq yaradıb. Onları haqlı olaraq bir sual düşündürür - İndi nə edək, manata keçək, yoxsa dollarda gözləyək?

Fins.az həmin şəxslərə yardım etmək və suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət edib. “AzFinance” İnvestisiya Şirkətinin analitikləri məsələyə aydınlıq gətirərərək proqnozlarını açıqlayıblar:

“Dolların ən azı yaxın 1 ildə stabil qalacağı proqnoz olunur. Ona görə də bu müddətdə hansı valyutada daha çox qazanacağıqsa həmin valyutada qalmalıyıq. İndi manatda risksiz maksimum 18% dollarda, isə 5% qazanmaq imkanımız vardır. Bu bir ilədək ən yaxşı risksiz investisiya imkanıdır”.

Eləcə də bax:Manat dəyərdən düşəcəkmi? – “AzFİNANCE”IN PROQNOZU

Qeyd edək ki, indi illik 18% qazanmaq üçün ən yaxşı investisiya dövlət istiqrazlarıdır. Tutaq ki, indi dolları 1.62 manat kursu ilə satıb dövlət istiqrazları aldıq. Bir illik istiqrazlarda 1.62+18% əldə etdiyimiz zaman 1 dollara görə 1.91 manat qazana bilərik. Yəni, bir il sonra dolların kursu 1.91-ə qalxsa investor heç bir itki ilə üzləşməyəcək. Əgər məzənnə üzrə maksimum proqnoz 1.75 manatdırsa, istiqraz alan investor ən pis halda 9% qazanacaq.

Eləcə də bax: Pulu hara yatırmalı? – EKSPERTDƏN 3 VARİANT

Dollarda 5% qazanmaq üçün ən yaxşı alət isə SOCAR istiqrazlarıdır.

Eləcə də bax: Manatın güclənməsini şərtləndirən – AMİLLƏR

Qərarı isə insanlar özləri verməlidirlər. Əgər siz vəsaitlərinizin idarə edilməsini mütəxəssislərə etibar etmək qərarına gəlmisizsə, heç çəkinmədən “AzFinance” İnvestisiya Şirkətinin Fərdi İnvestorun partfelinin idarə edilməsi xidmətinə (Asset Management) müraciət edə bilərsiz. Eyni zamanda şirkətdən investisiya məsləhəti alıb öz qərarınızla hərəkət edə bilərsiz. Bunun üçün aşağıdakı nömrələrlə əlaqə saxlamaq olar:

012 310 33 30

012 310 33 22

050 290 27 38

050 290 44 88