30 Oktyabr

Bankların depozit portfeli – ARAŞDIRMA

Mərkəzi Bank Azərbaycanda qeyri-rezidentlər və dövlət orqanlarının depozitləri də daxil olmaqla bank kredit təşkilatlarında yerləşdirilmiş depozitlərinin ümumi həcmi 2016-cı il iyulun 1-nə 23 366,8 mln. manat təşkil etdiyini açıqlayıb.

Bu da depozitlərin iyunun 1-nə nisbətən 218,7 mln. manat və ya 0,94%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 5 135,2 mln. manat və ya 28,16% artması deməkdir.

Fins.az banklardakı depozitlər və fiziki şəxlərin manatla olan müddətli depozitlərini araşdırıb. Aşağıdakı mənzərə alınıb.

Banklar

Depozitlər

30.06. 2016 tarixinə (banklar və digər maliyyə institutları istisna olmaqla cəmi, min manat)

Depozitlər

31.12. 2015 tarixinə

(banklar və digər maliyyə institutları istisna olmaqla cəmi, min manat)

Fiziki şəxslərin müddətli depozitləri

30.06. 2016 tarixinə (min manat)

Fiziki şəxslərin müddətli depozitləri

31.12. 2015 tarixinə

(min manat)

“Turanbank”

179727.0

156,167.0

120466.50

82,339.9

“PASHA Bank”

1,274,236

1,321,550

180,766.03

175,643.88

“Azərbaycan Sənaye Bankı”

366,743.84

425,701.64

281,301.68

316,006.41

“Atabank”

268688,28

436,584,196

202388,86

-----

“AFB Bank”

108909,98

3417,21

17,722

“Zıraat Bank (Azərbaycan)”

26889,22

4701.75

13320,36

1091.78

“Bank Silk Vey”

148,207.10

149,240

105,507.13

------

“Kapital Bank “

1164186,15

1,125,606

--------

488,661

“Caspian Development Bank”

32,817.24

41,756.28

26,754.93

--------

Rəqəmlərin təhlili göstərir ki, bu ilin 6 ayında ötən ilin sonu ilə müqayisədə ən yüksək depozit artımı “Kapital Bank”da baş verib - 1,125,606 min manata qarşı 1164186,15 min manat.

“Turanbank”da depozitlərinin həcmini artıb. Əgər 2015-ci ildə bu bankda depozitlərin həcmi 156,167.0 min manat təşkil edirdisə, 2016-cı ilin 6 ayında 179727.0037 min manata yüksəlib. Fiziki şəxslərin manatla olan müddətli depozitləri 82,339.9 min manatan cari ilin ikinci rübündə 120466.50 min manata çatıb.

“Azərbaycan Sənaye Bankı”da isə əksinə yerləşdirilən depozitlərin həcmi 2015-ci ilin sonu ilə müqayisədə azalıb. Depozitlər 2015-ci ildə 425,701.64 min manata qarşı, cari ilin iyununda 366,743.84 min manat olub. Fiziki şəxslərin müddətli depozitləri də 316,006.41 min manatdan bu ilin 6 ayında 281,301.68 min manata düşüb.