30 Oktyabr

“Hyundai”lar Azərbaycanda niyə bahadır? - QİYMƏT

Azərbaycanda yeni avtomobillər qonşu ölkələrlə müqayisədə xeyli baha satılır. Fins.az-ın məlumatına görə, bahalı avtomobil markaları ilə yanaşı, qiymət fərqini nisbətən ucuz markalardada müşahidə etmək olar. Fins.az bu dəfə “Hyundai” avtomobillərinin qiymətləri ilə bağlı Rusiya və Azərbaycan bazarının müqayisəsini aparıb. “Audi”, “Mercedes”,“Toyota”lardan fərqli olaraq bu modellərdə qiymət fərqi aşağıdır.Belə ki, Azərbaycanda satılan yeni “Hyundai”lar Rusiyadan 12 min dollara kimi bahadır.

Ən az fərq “Santa Fe”lərdə -300 dollar

“Hyundai” modelləri arasında ən az qiymət fərqi yeni model “Santa Fe”lərdədir. Belə ki, 2.4 l mühərrikli bu avtomobil Bakıda 27 051 dollara , Rusiyada isə 26 751 dollara satılır. Qiymət fərqi cəmi 300 dollardır.

“Tucson”lar 2 051 dollar bahadır

“Hyundai” digər modellərində qiymətlərində daha çox nəzərə çarpacaq fərq yaranır. Məsələn, yeni model “Tucson”lar hazırkı məzənnə ilə Rusiya bazarında 2051 dollar ucuz satılır. 2.0 l mühərrikli “Tucson”un Bakı qiyməti 24 423 dollar olduğu halda, bu avtomobili Rusiyadan 22 372 dollara almaq olar.

“Hyundai H1”lərdə 2 471 dollar fərq

“Hyundai” markasının minik modelləri ilə yanaşı kommersiya və biznes üçün nəzərdə tutulmuş avtomobilləri də Rusiya bazarında daha ucuzdur. Buna “H1” modelini misal göstərmək olar. 2.5 l mühərrikli biznes avtomobili Bakıda 32 371 dollara təklif edilir. Eyni avtomobili Moskvadan sifariş etmək 29 900 dollara başa gəlir. Yəni, 2471 dollar daha ucuz.

“Elantra”lar 4 760 dollar bahadır

Azərbaycanda daha məşhu r olan modellərdən “Elantra”ların 2016-cı il modeli isə Rusiyadan almaq 4760 dollar ucuz başa gəlir. 2.0l mühərrikli yeni model “Elantra” Bakıda 23 653 dollara, Moskvada 18 893 dollara satılır.

Ən böyük qiymət fərqi “Genesis”lərdə - 11 982 dollar

“Hyundai” avtomobilləri sırasında ən böyük qiymət fərqi premium modellərdədir. 3.0l mühərrikli yeni “Genesis” Rusiyada 11 982 dollar ucuzdur. Bakıda eyni modeli almaq 48 653 dollara, Rusiyadan sifariş etmək isə 36 671 dollara başa gəlir. Bu qiymət fərqinə həttab əlavə bir avtomobil də almaq mümkündür.

“Auto Azerbaijan”: “Bəzi modellər Rusiyada istehsal edilir”

“Hyundai” avtomobillərinin Azərbaycanda rəsmi təmsilçisi “Auto Azerbaijan” şirkəti yaranan qiymət fərqini bir neçə amillə əsaslandırıb. Şirkətin satış müdirinin müavini Pərviz Quşhani fins.az-a bildirib ki, “Hyundai” avtomobillərinin Rusiya bazarı Azərbaycanla müqayisədə 10 dəfə böyükdür. Satışların çox olmasına görə “Hyundai”ları Rusiya bazarına aid dilerlərin daha ucuz ala bilirlər.

Digər tərəfdən “Hyundai” avtomobillərinin Rusiyada zavodları fəaliyyət göstərir. Rəsmi dilerlər də bəzi modelləri buradan alırlar. Əlavə xərclər olmadığı üçün bu modellər Rusiyada daha ucuz satılır. Məsələn, hazırda Sankt Peterburqda “Hyundai Accent” modeli yığılır. Bundan əlavə “Creta” avtomobillərinin Rusiyada yığımına başlanılıb.

P.Quşhani digər bir səbəb kimi avtomobillərin təhcizatını göstərir. Şirkətin nümayəndəsi iddia edir ki, Azərbaycan bazarında satılan “Hyundai”ların təhcizatı Rusiya bazarında satılanlardan daha zəngindir. Məsələn, yerli müştərilər lazım olub olmamağından aslı olmayaraq əlavə təhcizatın olmasını istəyirlər. Buna ponorama lyuku aid etmək olar. Əlavə təhcizat da avtomobilin qiymətini artırır.

Hyundai

Mühərrik

Azərbaycanda (dollar)

Rusiyada

Qiymət fərqi

rubl

dollar

Elantra

2.0l

23 653

1 199 000

18 893

4760

Tucson

2.0 GL

24 423

1 440 900

22 372

2051

Santa Fe

2.4 l

27 051

1 699 000

26 751

300

Genesis

3.0l

48 653

2 329 000

36 671

11 982

Hyundai H1

2.5l

32 371

1 899 000

29 900

2 471