Fins.az "Axşam.az"-a istinadən Azərbaycandakı məşhur çimərliklərə giriş qiymətini təqdim edir.
Mərdəkanda yeni istifadəyə verilmiş"Dalga Beach-Aqua Park" istirahət mərkəzinə girişin qiyməti həftəiçi 25 AZN, cümə-şənbə-bazar günləri isə 35 AZN-dir. 6 yaşa kimi uşaqlar üçün ödəniş edilmir. 6 yaşdan yuxarı uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Bir ailədən maksimum 2 uşaq ödənişsiz qəbul olunur.
Çimərliyin ərazisində otel fəaliyyət göstərmir. Yalnız bir ədəd "Vip house" adlandırılan 2 mərtəbəli villa mövcuddur. Bu villanın bir günlük qiyməti həftəiçi 2000, həftəsonu üçün ümumi 5000 AZN-dir.
Nardaranda yerləşən "Sea Breeze hotel"də çimərlik mövsümü iyunun 27-dən etibarən açılacaq. Qiymətlər həftəiçi 20, həftəsonu isə 30 AZN olacaq. Oteldə 2 nəfərin standart otaqda qalmasının dəyəri 260 AZN-dir. Şənbə-bazar günləri bu qiymət 300 AZN-ə yüksəlir. Qiymətə səhər yeməyi daxildir.
Bilgəh qəsəbəsində yerləşən "Amburan" çimərlik mərkəzinə girişin qiymətləri fərqlidir. Belə ki, bazar ertəsi 16 AZN, cərşənbə axşamı, çərşənbə, cümə axşamı 18 AZN, cümə günü 20 AZN, həftəsonu isə 25 AZN-dir. Bu qiymətə hovuz, "lejanka", futbol meydançası, mini qolf meydançası və s. daxildir. 1.34 santimetrə kimi boy hündürlüyü olan uşaqlar üçün giriş pulsuzdur.
"Nar Sharab" restoranının xidmətlərindən də istifadə etmək mümkündür. Girişin qiyməti 15 AZN-dir. Bu məbləğə hovuz, duş kabinəsi, «lejanka», dəsmal daxildir. 6 yaşınadək uşaqlara giriş pulsuzdur.
Nabranda yerləşən "Atlant" Ailəvi İstirahət və Əyləncə Mərkəzinə girişin qiyməti 10 AZN-dir. Oteldə bir günlük standart otağın qiyməti adam başına 45 AZN-dir. Bu qiymətə gündə 3 dəfə yemək daxildir. Yeməyi restoranda özünüz də sifariş edə bilərsiniz. Qidalanma daxil olmadan iki nəfərlik otağın qiyməti isə 55 AZN-dir.
Novxanıda yerləşən "Af Hotel Aqua Park"a girişin qiyməti 15 AZN-dir. Oteldə iki nəfərlik standart otağın qiyməti 80 AZN-dir. Bu qiymətə yalnız səhər yeməyi daxildir. Həmçinin istirahət mərkəzində koteclər fəaliyyət göstərir. 4 nəfərlik koteclərin qiyməti 180 AZN-dir. Burada qonaqlar üçün 2 yataq otağı, 1 qonaq otağı və mətbəx var. Qiymətə səhər yeməyi daxildir.
Nabranda yerləşən "Palma" istirahət mərkəzinə girişin qiyməti 10 AZN-dir. Mərkəzdə bir gün qalmaq üçün adam başı 35 AZN ödəmək lazımdır. Bu qiymətə yalnız səhər yeməyi daxildir.
Bilgəhdə yerləşən "Jumeirah hotel Baku"ya girişin qiyməti həftəiçi 25 AZN, həftəsonu 30 AZN-dir. Otelin standart otaqlarında 2 nəfərin bir gün qalması üçün 209 AZN ödəmək tələb olunur. Qiymətə qidalanma daxil deyil.
Şıx çimərliyində yerləşən "Crescent beach hotel"ə girişin qiyməti 30 AZN-dir. Oteldə bir günlük gecələmək üçün 100 AZN ödəmək lazımdır. Lüks otaqların qiyməti isə 135 AZN-dir. Qiymətə yemək daxil deyil.