Azərbaycanın sığorta qanunvericiliyində maraqlı yeniliklər var. «İcbari sığortalar haqqında» qanuna bir qədər əvvəl qüvvəyə minmiş dəyişikliklər avtomobildən tutmuş, daşınmaz əmlaka qədər ən müxtəlif sığorta növlərində qaydaları təkmilləşdirib. Nəticədə, sığorta şirkətləri sığorta müqaviləsini sürücüdən xəbərsiz olaraq ləğv edə bilməyəcək, bəzi qəzalar zamanı yol polisindən arayış almağa ehtiyac qalmayacaq, sığorta ödənişi üçün sənədlərin notarius tərəfindən təsdiqlənməsi də tələb olunmayacaq.
Sığorta informasiya sistemi
Dəyişikliklərə əsasən bütün icbari sığortaları əhatə edən informasiya sisteminin yaradılması nəzərdə tutulur. Xatırladaq ki, indiyədək belə sistem avtomobil sahiblərinin mülkiyyətinin icbari sığortası üzrə fəaliyyət göstərirdi. İndi isə sistem bütün icbari sığorta növlərini əhatə edəcək. Sistemin icbari sığorta növləri üzrə məlumat mübadiləsinin və bu sahəyə nəzarəti gücləndirməyə imkan verəcək.
Qeyd edək ki, informasiya sistemində icbari sığorta müqavilələrinin bağlanması üçün lazım olan, sığorta şəhadətnamələrində əks olunan, habelə sığortaçılar, sığortalılar, sığorta olunanlar, sığorta predmeti, sığorta hadisələri, zərərçəkən şəxslər, zərər vurulan əmlak və onların sahibləri haqqında məlumatlar toplanır. Bu məlumatlardan sığorta nəzarəti orqanı, müvafiq icra hakimiyyəti orqanı, Büro, Büronun iştirakçısı olan sığortaçılar, həmçinin sığortalılar da istifadə edə bilərlər.
Saxta sığorta müqavilələrinin qarşısı alınacaq
Qanuna dəyişikliklərdə ən mühüm yenilik ondan ibarətdir ki, istənilən icbari sığorta müqaviləsi yalnız yuxarıda adıçəkilən informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır.
İstənilən icbari sığorta müqaviləsi yalnız informasiya sistemi vasitəsilə bağlandıqda etibarlıdır, bu qayda saxta sığorta müqavilələrinin qarşısını alacaq.
Maliyyə Nazirliyində bildirirlər ki, bu sistemin tətbiqi saxta sığorta müqavilələrinin qarşısını almağa yönəlib. Çünki qaydaya görə sığorta müqavilələrinin nömrəsi sistemdə də qeydə alınmalıdır və nəticədə müqaviləni bağlayan tərəf onun nömrəsin 9707-yə göndərməklə müqavilənin saxta olub olmadığını yoxlaya bilər. Vaxtilə bu sistemin tətbiqi avtomobillər üçün saxta sığorta müqavilələrinin satışının qarşısını alıb. Indi isə bu sistemə digər icbari sığorta növlərinin də əlavə edilməsi o sahələrdə də saxta müqavilələrinin bağlanmasının qarşısını ala bilər.
«Ağır», «yüngül» və «az ağır»
İcbari sığorta haqqında qanuna edilən maraqlı dəyişikliklərdən biri zərərçəkənin xəsarət almasıilə bağlı «az ağır» anlayışının daxil edilməsidir. Qeyd edək ki, indiyədək sığorta hadisələri zamanı dəyən zərər və ya xəsarətin dərəcəsi «ağır» və «yüngül» kateqoriyalarına bölünürdü. İndi isə vəziyyətin daha dəqiq təsviri üçün «az ağır» anlayışı da daxil edilib. Ağır, az ağır və yüngül xəsarət növlərinin siyahısını Nazirlər Kabineti müəyyən edəcək.
Sağlamlığa zərərə görə kompensasiya artıb
Dəyişikliklərdə sağlamlığa dəyən zərərə görə, ödənilən sığorta məbləği daha da dəqiqləşdirilib. Belə ki, əgər indiyədək sığorta hadisələri zamanı sağlamlığa dəyən zərərin dərəcəsi əlillik qrupu ilə ölçülürdüsə, indi bura sağlamlıq imkanlarının məhdudlaşması anlayışı da əlavə edilib. Bundan başqa,yüngür xəsarətlərə görə ödənilən sığorta ödənişi sığorta məbləğinin 5%-dən 15%-nə qaldırılıb.
Cədvəl. Sağlamlığa dəyən zərərə görə sığorta ödənişi
Əvvəl |
İndi |
Sığorta ödənişinin həcmi (sığorta məbləğinə münasibətdə) |
I qrup əlilliyə görə |
I qrup əlilliyə və ya 18 yaş tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğuna görə |
80% |
II qrup əlilliyə görə |
II qrup əlilliyə və ya beş il müddətinə sağlamlıq imkanlarının məhdudluğuna görə |
60% |
III qrup əlilliyə görə |
III qrup əlilliyə, iki il müddətinə və ya altı aydan iki ilə qədər müddətə sağlamlıq imkanlarının məhdudluğuna görə |
40% |
əlillik qrupu təyin olunmadan ağır xəsarət alması |
əlillik qrupu təyin və ya sağlamlıq imkanları məhdudluğu müəyyən olunmadan az ağır və ya ağır xəsarət alması |
30% |
yüngül xəsarət alması |
yüngül xəsarət alması |
Əvvəl 5%, indi 15% |
Özbaşına tikinli icbari sığortaya cəlb olunmur
Dəyişikliklərə əsasən əgər indiyədək sığorta hadisəsi nəticəsində dövlət və bələdiyyə əmlakına dəyən zərərin məcburi qiymətləndirilməsi sığorta şirkəti, sığortalı tərəf və faydalanan tərəfindən təmni edilməli olsa da, indi bu iş sığorta şirkətinən üzərinə qoyulub.
Əvəzində dəqiqləşdiilib ki, Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur.
Müqaviləyə xitam verilibmi?
Dəyişikliklərdə ən maraqlı yeniliklərdən biri sığorta müqavilələrinə xitam verilməsi ilə bağlı prosedurun dəqiqləşməsidir. Söhbət alınıb-satılan avtomobillər üzrə icbari sığorta müqavilələrindən gedir.
Əgər indiyədək avtonəqliyyat vasitəsinin sahibi dəyişəndə onun əvvəlki sahibi ilə bağlanmış mülki məsuliyyətin icbari sığortası barədə müqaviləyə xitam verilirdisə, bundan sonra müqaviləyə xitam verilib-verilməməsi hüququ sığortalıya, yəni avtomobilin sahibinə verilib.
Bundan sonra müqaviləyə xitam verilib-verilməməsi hüququ sığortalıya, yəni avtomobilin sahibinə verilib, yəni müqaviləyə xitam verilməyənədək, o qüvvədədir və ona əməl olunmalıdır.
İlk baxışdan əhəmiyyətsiz göünsə də, ekspertlər əmindir ki, bu dəyişiklik sığorta sektorunda inzizamın möhkəmlənməsinə kömək edəcək. Məsələ bundadır ki, indiyədək qüvvəyə olan qanunvericiliyə görə, avtomobilin sahibi dəişəndə sığorta müqaviləsinə də xitam verilirdi. Amma bunun üçün avtomobilin sahibi sığorta şrkətinə müraciət etməliydi və yalnız həmin müraciətdən sonra sığorta müqaviləsinə xitam verilə bilərdi. Başqa sözlə bu müraciət edilənə qədər sığorta müqaviləsi qüvvəsində qalırdı. Amma avtomobil sahibləri bu müraciətləri etməsələr də, sığorta şirkətləri qanunvericiliyi özlərinə sərfəli formada yozaraq müavilələri birtərəfli qaydada qanunsuz olaraq ləğv edir, hadisə baş verəndə isə müaviləyə xitam verildiyini əsas gətirərək sığorta ödənişi verməkdən yayınırdılar. Belə hallar sığortalılar tərəfindən böyük narazılıqlara səbəb olurdu. Indi isə məsələ deyişib. Dəyişikliklərdə dəqiq göstərilib ki, sığotalının müqaviləni ləğv etmək hüququ var. Yəni müqaviləyə xitam verilib verilməməsi ondan asılıdır - əgər müqaviləyə xitam verilməyibsə, o qüvvədədir və ona əməl olunmalıdır.
Yol polisindən arayışa ehtiyac yoxdur
Nəhayət ən maraqlı yeniliklərdən biri qəza zamanı yol polisindən arayışın alınmasına aiddir. İndiyədək yol polisindən qəza ilə bağlı arayışın alınması yalnız o zaman tələb olunmurdu ki, hər iki avtomobilin sahiblərinin mülki məsuliyyət sığortası olsun. İndi isə belə tələb yoxdur, yəni avtomobillərdən birinin icbari sığortasının olması kifayətdir ki, yol polisindən arayış lazım olmasın.
Avtomobillərdən birinin icbari sığortası varsa, yol polisindən arayış lazım deyil.
Həlak olunan ailəsinə təcili kompensasiya
Dəyişikliklərdə sığorta hadisəsi zamanı zərəçəkənlərə operativ yardım edilməsi də əksini tapıb. Belə ki, qanuna əlavə edilən yeni maddəyə əsasən yol nəqliyyat hadisəsi nəticəsində maşının sürücüsü, sərnişini və ya piyada ölərsə, həmin maşının sahibinin mülki məsuliyyətini sığortalamış şirkət ölüm haqda arayışı və ölüm haqqında şəhadətnamənin surətini aldıqdan sonra 2 gün ərzində ölən şəxsin ailə üzvlərinə sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödəyir. Əgər araşdırma zamanı məlum olsa ki, hadisə sığortalanmış sürücünün təqsiri üzündən baş verib, şirkət pulun qalan 80%-ni də ölənin ailəsinə ödəyir. Sığorta hadisəsinin sığortalı sürücü tərəfindən törədilmədiyi aşkar edilərsə isə şirkət ödədiyi 20%-lik məbləği hadisəni törədəndən və ya onun mülki məsuliyyətini sığortalamış sığortaçıdan almaq hüququ qazanır. Amma ölən piyadadırsa, ödənilən məbləğ geri alınmır.
Ölən şəxsin ailə üzvlərinə 2 gün ərzində sığorta məbləğinin 20 faizi həcmində kompensasiya ödənilməlidir.
Notariusun təsdiqi tələb olunmur
Qanuna edilən bu dəfəki dəyişikliklər sığorta ödənişinin verilməsini asanlaşdırır. Belə ki, sığorta ödənişi alınması üçün sənədlərin əvvəlki kimi notariat qaydasında təsdiqlənməsi tələb olunmur.
Dəyişikliklərə görə, bundan sonra sığorta hadisələri zamanı sağlamlığa və əmlaka dəyən zərər yalnız “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş mütəxəssislər tərəfindən qiymətləndirilə bilər.
Dəyişikliklərdə sığorta mübahisələri zamanı şikayət edilməsi qaydası da dəqiqləşdirilib – göstərilib ki, sığorta ödənişi ilə bağlı və digər mübahisələr zamanı sığortalı şəxs və ya zərərçəkən sığorta nəzarəti orqanına və məhkəməyə müraciət edə bilər.