30 Oktyabr

«Bakılı» banklar pulu paytaxtda qazanırlar - SİYAHI

Azərbaycan bankları pulu paytaxtda qazanmağa üstünlük verirlər. Regionların inkişafı məqsədilə həyata keçirilən dövlət proqramları, aqrar sahənin inkişafı ilə bağlı aparılan siyasətə baxmayaraq ölkə banklarının əksəriyyəti fəaliyyətinin böyük hissəsini Bakıda cəmləşdirib.
Fins.az-ın məlumatına görə, Azərbaycan banklarının filiallarının böyük hissəsinin paytaxtda cəmləşməsi belə deməyə əsas verir. Belə ki, ölkədəki 44 kommersiya bankının 751 filialından 408-i Bakı və Abşeron yarımadasında, 343-ü isə regionlardadır.

4 bankın ümumiyyətlə filialı yoxdur

Ən çox filial şəbəkəsi olan bank “Kapitalbank”dır. Bank ölkə üzrə 87 filiala sahibdir. Filiallarının sayına görə, 2-ci yerdə “Muğanbank” (43), 3-cü yerdə isə “Accessbank” (42) qərarlaşıb. İlk 5-liyi 39 filialla “Unibank” və “Zaminbank” tamamlayır.

4 bankın ümumiyyətlə filialı yoxdur. Bunlar “Azərbaycan Kredit Bankı”, “Günaybank”, İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır. “Bank Avrasiya” və “Eurobank” isə cəmi 1 filialla, Mərkəzi Bankdan yenicə lisenziya almış “Caspian Development Bank” (əvvəlki “Kövsərbank”) və “Naxçıvanbank” isə 2 filialla təmsil olunur.

Filialların yarıdan çoxu Bakıdadır

Bankların filiallarının 54%-i Bakı, Sumqayıt və Abşeronda, 46%-i isə digər regionlarda yerləşir. Bölgələrdə ən çox filialı olan bank da “Kapitalbankdır. Bankın 87 filialının 63-ü bölgələrdədir. Növbəti yerlərdə “Muğanbank” (26), “Accessbank” (25), “Azərbaycan Beynəlxalq Bankı” (21), “Bank Respublika (20), “Dəmirbank” və “Xalqbank” (hərəyə 18 filial) qərarlaşıb.
Bölgələrdən ən az filialı olan bank isə “Caspian Development Bank”, “Dekabank”, “Qafqaz İnkişaf Bankı”, “Naxçıvanbank”, “Yapı Kredi Bank” və “Yunayted Kredit Bank”dır. Bu bankların bölgələrdə cəmi 1 filialı var.
Bölgədəki filialların ümumi filialların sayına nisbətinə gəlincə isə, bu baxımdan 40 bank arasında ən yüksək göstərici təbii olaraq “Gəncəbank”dadır – 100%. Regional bankın 4 filialının heç biri Bakıda yerləşmir. Nisbəti göstəriciyə görə 2-ci yeri “Xalq Bank” tutub. Bu bankın 24 filialından 18-i və yaxud filiallarının 75%-i bölgələrdə yerləşir.
“Kapitalbank” da bu nisbət 72%-dir. Bankın 87 filialından 63-ü Abşerondan kənardadır.
Sözügedən nisbət “Rabitəbank”da 63%, “Bank Respublika”da 61%, “Accessbank” və “Muğanbank”da 60%, “Azərbaycan Beynəlxalq Bankı”nda 58%, “Dəmirbank”da 55%, “Azər-Türk Bank”, “Caspian Development Bank”, “Kredobank” və “Naxçıvanbank” və "Turanbank"da isə 50%-dir.

"Bakılı" banklar

Ölkə banklarının bir qrupunu isə "bakılı" saymaq olar. Bu qrupa daxil olan bankların bölgədəki filialları 30%-dən də azdır. Belə bankların sayı 16-dır və onlar ölkədəki bütün bankların təqribən 40%-ni təşkil edirlər. Maraqlıdır ki, bunların arasında kifayət qədər böyük müştəri bazasına və filial şəbəkəsinə malik banklar var. Bura “Bank of Baku”, “NBC Bank”, “Azərbaycan Sənaye Bankı”, “Bank Standard”, “Bank Nikoil”, “PAŞA Bank” kimi banklar daxildir. “Bank VTB”, “Bank BTB”, “Bank Avrasiya” və “Eurobank”ın isə bölgələrdə ümumiyyətlə filialı yoxdur.

Kommersiya bankının adı

Ümumi filial sayı

Bakı, Sumqayıt, Abşeron

Ölkənin

digər regionları

Bölgə filiallarının ümumi filiallarda payı

1

“Gəncəbank”

4

0

4

100%

2

“Xalq Bank”

24

6

18

75%

3

“Kapitalbank”

87

24

63

72%

4

“Rabitəbank”

24

9

15

63%

5

“Bank Respublika”

33

13

20

61%

6

“Muğanbank”

43

17

26

60%

7

“Accessbank”

42

17

25

60%

8

“Azərbaycan Beynəlxalq Bankı”

36

15

21

58%

9

“Dəmirbank”

33

15

18

55%

10

“Kredobank”

16

8

8

50%

11

“Azər-Türk Bank”

4

2

2

50%

12

“Caspian Development Bank”

2

1

1

50%

13

“Naxçıvanbank”

2

1

1

50%

14

“Turanbank”

13

7

7

50%

15

“Atabank”

21

11

10

48%

16

“Zaminbank”

39

22

17

44%

17

“Parabank”

16

9

7

44%

18

“Bank Silk Vey”

5

3

2

40%

19

“Bank Technique”

29

18

11

38%

20

“AGBank”

20

13

7

35%

21

“Unibank”

39

26

13

33%

22

“Amrahbank”

24

16

8

33%

23

“Bank of Azerbaijan”

15

10

5

33%

24

“Qafqaz İnkişaf Bankı”

3

2

1

33%

25

“Expressbank”

16

11

5

31%

26

“NBC Bank”

11

8

3

27%

27

“Bank of Baku”

24

18

6

25%

28

“Bank Nikoil”

20

15

5

25%

29

“Azərbaycan Sənaye Bankı”

9

7

2

22%

30

“PAŞA Bank”

9

7

2

22%

31

“Bank Standard”

14

11

3

21%

32

“AFB Bank”

10

8

2

20%

33

“Yunayted Kredit Bank”

6

5

1

17%

34

“Atrabank”

13

11

2

15%

35

“Dekabank”

7

6

1

14%

36

“Yapı Kredi Bank”

13

12

1

8%

37

“Bank VTB”

12

12

0

0%

38

“Bank BTB”

10

10

0

0%

39

“Bank Avrasiya”

1

1

0

0%

40

“Eurobank”

1

1

0

0%

41

“Günaybank”

0

0

0

-

42

İran Milli Bankının Bakı filialı

0

0

0

-

43

Pakistan Milli Bankının Bakı filialı

0

0

0

-

44

“Azərbaycan Kredit Bankı”

0

0

0

-

Cəmi

751

408

343

46%