Vaşinqtondakı Brukinqs İnstitutunun iqtisadçısı Barri Bosuort elmi cəhətdən əsaslandırıb ki, pul həyatı təkcə yaxşılaşdırmır, həm də uzadır. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, bunun üçün o, Miçiqan universitetinin çoxillik tədqiqatları əsasında 26 min amerikalının əmək karyerası başa çatdıqdan sonrakı həyatını və sağlamlığını analiz edib. Araşdırma göstərir ki, ölkədə varlıların orta ömür müddəti daha çox çox artır, nəinki yoxsulların. Əyanilik üçün iqtisadçı 55 yaşı əsas götürüb. Məsələn, ölkənin 10% təşkil edən ən varlı şəxsləri arasında 1940-ci illərdə anadan olmuş kişilər 90 il, yəni 55 yaşdan sonra orta hesabla daha 35 il yaşayırlar. Həmin dövrdə anadan olmuş və 10%-lik yoxsullar qrupuna iad olan şəxslər isə orta hesabla 79 il yaşayırlar ki, bu da 55 yaşdan sonra daha 24 il yaşamaq deməkdir.
1920-cı illərin nəsili üçün ömrün 55 yaşdan sonrakı qalan hissəsi üçün müvafiq göstəricilər 29 (varlılar) və 22,6 (yoxsullar) ildir. 1920-cı illərdə anadan olmuş varlı qadınların 55 yaşdan sonrakı ömür uzunluğu 32 il, 40-cı illərdə doğulan varlı qadınlar üçün isə 35 il təşkil edir. Ən yoxsul 10%-lik qrupdan isə bu göstərici müvafiq olaraq 27,9 və 25,8 il təşkil edir. Beləliklə, 1940-cı illərdə doğulan ən yoxsul qadınların ömür uzunluğu öz yaşıdları olan varlı qadınlardan 10 il azdır. 1920-cı illərin nəsli üzrə isə varlı qadınlar yoxsul həmcinslərindən 4 il daha çox yaşayırlar.