Fins.az - Ağdam rayonunun Kəngərli kəndində qeyri-yaşayış binalarının tikinti-quraşdırma işləri üçün ayrılacaq vəsaitin həcmi məlum olub.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tikinti işlərini həvalə etdiyi şirkətlə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Kəngərli kəndindəki qeyri-yaşayış binalarının tikinti-quraşdırma işlərinə ümumilikdə 6 728 065,17 manat vəsait sərf ediləcək.