QARABAĞ

26 Dekabr

İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonundan əmanətlərin cəlb olunmasına başlanılıb

İlk dəfə olaraq Şərqi Zəngəzur iqtisadi rayonundan əmanətlərin cəlb olunmasına başlanılıb.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin dekabrın 1-nə bu regiondan 392 min manat həcmində əmanət cəlb olunub. Bu əmanətlərin orta faiz dərəcəsi 1,81% təşkil edib.

Cəlb edilən vəsaitin 388 min manatı milli valyutada, 4 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Ümumilikdə, dekabrın 1-nə Azərbaycanın regionları üzrə cəlb olunmuş əmanətlərin ümumi həcmi 14,2 milyard manata çatıb.