QARABAĞ

24 Dekabr

2025-2026-cı illərdə azad edilən ərazilərdə 38 avtomobil yolu layihəsi başa çatdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) məlumatına görə, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icra edilən avtomobil yolları layihələrinin sayı 44-ə çatıb, ümumi uzunluğu isə 3040,1 km təşkil edir.

Fins.az xəbər verir ki, Agentliyin hesabat iclasında cari ilin müvafiq dövründə görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib.

Məlumatda qeyd olunub ki, ötən illərdə 6 avtomobil yolunun tikintisi başa çatdırılıb. Hazırda tikintisi davam edən 38 layihənin 2025-2026-cı illərdə başa çatdırılması planlaşdırılır.

Bundan başqa, AAYDA tərəfindən 6 şəhərin (Şuşa, Füzuli, Qubadlı, Zəngilan, Kəlbəcər və Cəbrayıl) daxili yollarının, həmçinin 7 kəndə gedən avtomobil yollarının tikintisi də davam etdirilir.