Keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş ekoloji hüquqpozmalarla bağlı ümumilikdə 106 akt və 64 protokol tərtib olunub.
Fins.az məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev deyib.
O, əlavə edib ki, nöqsanların aradan qaldırılması üçün 11 müddətli "Ekoloji tələb" verilib:
"Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 147 060 manat məbləğində cərimə tətbiq edilib və ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 29 273,57 manat məbləğində iddia qaldırılıb.
Həmçinin, 16 işlə bağlı toplanmış materiallar müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib."