QARABAĞ

22 Noyabr

Zəngəzur Dəhlizi və Azərbaycan-Ermənistan sülh prosesi

Fins.az - Azərbaycan və Ermənistan arasında sülh prosesinin mühüm tərkib hissələrindən biri Zəngəzur dəhlizinin açılmasıdır.

Bu dəhliz, Azərbaycanın əsas hissəsi ilə blokadada olan Naxçıvanı birləşdirəcək və bölgədə nəqliyyat əlaqələrini bərpa edəcək. 2020-ci ildə imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan, Naxçıvanla Azərbaycan arasında yüklərin və sərnişinlərin maneəsiz keçidini təmin etməlidir.

Ermənistan və Azərbaycan arasında bu məsələyə dair hələ də razılaşmalar tam yerinə yetirilməyib. Nəqliyyat əlaqələrinin təhlükəsizliyinə Rusiya tərəfindən nəzarət ediləcəyi açıqlanıb. Lakin, Azərbaycan bu məsələnin üçüncü ölkənin təhlükəsizlik qüvvələrinin nəzarətində olmamasını istəyir. Rusiya, Zəngəzur dəhlizini öz nəzarətində saxlamaqla, Cənubi Qafqazdakı geosiyasi mövqeyini gücləndirməyə çalışır.

Siyasi ekspertlər hesab edir ki, Zəngəzur dəhlizinin açılması, regionda iqtisadi əlaqələrin inkişafını təmin edəcək və Ermənistanı "dalan ölkə" olmaqdan xilas edəcək. Bununla yanaşı, Ermənistanın "suverenlik" bəhanəsi ilə Zəngəzur dəhlizini açmağa qarşı çıxması, regionda gərginliyi artırır. N.Paşinyanın bəyanatlarına baxmayaraq, bu məsələnin həlli hələ də gündəmdədir. Azərbaycan, Zəngəzur dəhlizinin açılmasını və kommunikasiyaların bərpasını artıq müzakirələrdən kənarda, konkret addımlar ataraq həll etməyə çalışır.

 

© respublika-news.az