Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır.
Bu barədə Fins.az SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, şirkət bu çərçivədə emissiyaların azaldılması – enerji səməriliyinin artırılması, “CCU/CCUS” (Karbonun tutulması və istifadəsi/Karbonun tutulması, istifadəsi və saxlanması) və s. kimi imkanların tətbiqini nəzərdə tutur.
Bu ərazidə həmçinin elektrikli nəqliyyat vasitələri üçün infrastrukturun qurulması, yəni onlar üçün regional infrastrukturun qurulması da mümkündür.
SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün qazı bərpa olunan enerji, H2, və digər "yaşıl enerji həlləri" ilə əvəz edəcək, həmçinin "yaşıl yanacaq" istehsalını artıracaq və ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsinə çalışacaq.
Fuad Mədətov
Fins.az