“AzərEnerji” ASC Qarabağ və Şərqi Zəngəzur bölgələrində üç Kiçik Su Elektrik Stansiyasının (KSES) yenidən qurulmasına və altı KSES-in enerji sisteminə inteqrasiyasına 40,5 milyon manatdan çox vəsait ayıracaq.
Fins.az-ın Dövlət satınalmaları övlət portalına istinadən verdiyi məlumata görə, “AzərEnerji” ASC, podratçı şirkət “Azconstruction” QSC ilə “Qozlu Korpu”, “Şeylanlı” və “Aşağı Malibəyli” kiçik su elektrik stansiyalarının yenidən qurulması və altı kiçik su elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün müqavilə bağlayıb. Şirkət müvafiq tenderin nəticələrinə əsasən seçilib.
Müqavilənin dəyəri 40 milyon 507 min 432,49 manatdır.
Fuad Mədətov
Fins.az