QARABAĞ

04 Sentyabr

Kəlbəcər Şəhər Təhsil Kompleksinin inşası sürətlə davam etdirilir

Kəlbəcər Şəhər Təhsil Kompleksinin inşası sürətlə davam etdirilir.

Fins.az xəbər verir ki, bu barədə jurnalistlərə Kəlbəcərə təşkil olunan mediatur zamanı məlumat verilib.

Bildirilib ki, kompleksdə modul tipli məktəb və peşə dərslərinin keçirilməsi üçün müasir standartlara uyğun siniflər fəaliyyət göstərəcək. Bu siniflər təhsil prosesinin ən yüksək səviyyədə təşkilinə imkan verəcək və şagirdlərin peşə bacarıqlarını inkişaf etdirməyə kömək edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində görülən işlərlə tanış olublar. Bu ziyarət zamanı təhsil kompleksinin tikinti prosesinə və planlaşdırılan infrastruktura dair ətraflı məlumat verilib.

Fuad Mədətov
Fins.az