QARABAĞ

02 Noyabr

Böyük Qayıdışın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur

Böyük Qayıdışın təmini üçün 4 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Fins.az-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsinin müzakirəsi zaman maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, növbəti ilin dövlət büdcəsinin xərclərinin prioritet istiqamətlərində olan müdafiə və milli təhlükəsizlik xərclərinə dövlət büdcəsinin xərclərində 17,5 faizi həcmində və ya 6 milyard 421 milyon manat vəsait nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində tərtib edilib.