QARABAĞ

01 Noyabr

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində dövlət qurumları tərəfindən 32 milyard manatlıq tələb qoyulub

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2026-cı ilə qədər dövlət qurumları tərəfindən 32 milyard manatlıq tələb qoyulub.

Fins.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı VII Beynəlxalq Bankçılıq Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan Hökuməti 2026-cı ilə qədər 22 milyard manatdan biraz artıq vəsaiti qarşılayacaq.

V.Qasımlı bildirib ki, Dövlət Proqramına ayrılan vəsaitdən qalan məbləği işğaldan azad olunmuş ərazilərdə özəl sektora yönləndirmək olar:

"Təxminən 8 milyard manata qədər vəsait qalacaq ki, bunun da özəl sektora yönəldilməsi arzulanandır. Böyük Qayıdışa dair I Dövlət Proqramının özəl sektorla bağlı yaxşı imkanları var və bu, bank sektoru da üçün də əlverişli imkanlar yaradacaq".

Fuad Mədətov
Fins.az