QARABAĞ

07 Sentyabr

Laçında inşa olunacaq məscid üçün yer ayrılıb

Laçında inşa olunacaq məscid üçün yer ayrılıb.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“Layihələndirmə işləri başa çatmaq üzrədir, bununla yerli şirkət məşğuldur. Ümid edirəm ki, yaxın zamanda layihələndirmə bitəcək və tikinti işlərinə başlanılacaq. Laçında dağıdılmış abidə ilə bağlı olaraq onu deyim ki, Mədəniyyət Nazirliyi tərəfindən layihə təqdim olunub, ümid edirəm, bu proses də müsbət rəy alacaq və yaxın zamanlarda realizasiyası həyata keçiriləcək”, - Məsim Məmmədov əlavə edib.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilib. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.