QARABAĞ

05 Sentyabr

AzQAC-ın baş katibi: “40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə çatdırana qədər buradayıq"

“Artıq 8-ci gündür ki, Ağdam-Xankəndi istiqamətində dayanmışıq. Bütün heyət olaraq, keçid üçün hələ də cavab gözləyirik”.

Fins.az xəbər verir ki, bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) baş katibi Ceyhun Mirzəyev hazırkı vəziyyətlə bağlı məlumat verərkən deyib.

O bildirib ki, artıq 8-ci gündür müvafiq işçi heyəti ilə buradadırlar:

“Gördüyünüz kimi çadırlarımız da, müvafiq işçi heyətimiz də, könüllülərimiz də burdadır və gözləyirik. Məqsədimiz ondan ibarətdir ki, gətirdiyimiz 2 TIR, daha dəqiq desək 40 ton unu Xankəndidə yaşayan erməni sakinlərinə təhvil verək. Çatdırmasaq, əlbəttə, bu ərazidən getməyəcəyik".

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan yardım karvanında 40 ton un var.

©Report