QARABAĞ

24 Avqust

Sabah Laçının Zabux kəndinə ilk köç olacaq

Sabah Laçının Zabux kəndinə ilk köç olacaq.

Fins.az xəbər verir ki, ilk mərhələdə 88 nəfərdən ibarət 20 ailənin Zabuxa köçü nəzərdə tutulub.

Bakıdan Zabuxa yolasalma Lökbatanda məcburi köçkünlər üçün salınmış “Qobupark-3”də məktəbin qarşısında olacaq.

Qeyd edək ki, ailə tərkibinə uyğun olaraq, onlardan 4-ü ikiotaqlı, 4-ü üçotaqlı, 8-i dördotaqlı, 4-ü beşotaqlı mənzillə təmin olunub. Həmin ailələr indiyədək Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonu ərazisində müvəqqəti məskunlaşma yerlərində yaşayıblar.