Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılır.
Fins.az bildirir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan 2023-cü ilin yenilənmiş dövlət büdcəsinə əsasən, artımdan sonra bu xərc 5 milyard 260,0 milyon manat məbləğində olacaq.
Ümumilikdə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 33 milyard 779 milyon 500 min manat, xərclərinin 36 milyard 568 milyon 800 min manat məbləğində təsdiq edilməsi təklif edilir.