2023-cü ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış proqramı üzrə layihələrin icrası üçün 3 milyard nəzərdə tutulub.
Fins.az bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında deyib.
O qeyd edib ki, bu vəsaitin 60 faizi ötən 5 ay ərzində icra olunub. Nazir vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri sürətlə davam etməkdədir.