QARABAĞ

18 May

“PAŞA Bank” Qarabağda fəaliyyət göstərən şirkətlərə ayırdığı kreditin həcmini açıqlayıb

Hazırda "Paşa Bank"ın 2022-ci il üzrə maliyyə nəticələri ilə bağlı mətbuat konfransı keçirilir.

Fins.az xəbər verir ki, Bankın İdarə Heyətinin sədri Cavid Quliyev çıxış edərək bildirib ki, “PAŞA Bank” ötən il Qarabağda fəaliyyət göstərən şirkətlərə ayırdığı kreditin həcmi 132 milyon manat təşkil edib.

Onun sözlərinə görə, ümumilikdə bankın kredit portfeli ötən il 9% artaraq 2 milyard 279 milyon manata yüksəlib.

Fuad Mədətov
Fins.az