QARABAĞ

06 Mart

ASAN könüllüləri “Şuşa üçün yarat” müsabiqəsini reallaşdırıblar - FOTO

Martın 5-də Şamaxı şəhərində ASAN könüllüləri arasında “Şuşa üçün yarat” müsabiqəsi baş tutub. 

Fins.az-ın məlumatına görə, 80 gənc arasında gerçəkləşən müsabiqənin əsas məqsədi iştirakçıların innovasiya yönümlü potensiallarının aşkarlanması, onlar  arasında komanda ruhu və quruculuğu, ideya formalaşdırma bacarıqlarının inkişaf etdirilməsi, həmçinin gənclərə vətənpərlik ruhunu aşılamaq olub.

Dövlət Vergi Xidmətinin Tədris Mərkəzində baş tutan müsabiqənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət  və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da  iştirak edib. 

“Şuşanı tanıt” komanda quruculuğu oyunları, Ulu öndər Heydər Əliyevə  həsr olunmuş intellektual yarış və  “Şuşa üçün yarat!” ideya müsabiqəsi baş tutub.

İdeyaların təqdimatından sonra bağlanış mərasimi baş tutub. İlk 3 yerə layiq görülən komanda dəyərli hədiyyələrlə mükafatlandırılıb və bütün iştirakçılar sertifikatla təltif olunublar.

“Şuşa üçün yarat” müsabiqəsi eyniadlı layihə çərçivəsində baş tutub. “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşən layihə “ASAN xidmət”in, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Gənclər Fondunun maliyyə dəstəyi, ASAN İnnovativ İnkişaf Mərkəzinin və “ABAD”ın tərəfdaşlığı ilə həyata keçirilib.

Layihənin ilk günündə “Bilim Bakı” mərkəzinə baş tutan ekskursiyada nəqliyyatda süni intellekt, biotexnologiya innovasiyası, rəqəmsal texnologiyalar və robototexnika yarışları haqqında məlumat verilib. Növbəti gündə gələcəyin insan modeli haqqında komanda işi təşkil olunub və iştirakçılar tərəfindən ideyalarının konseptləri təsvir edilib.

Həmçinin layihə müddətində Şuşa şəhərinə səfər təşkil olunub.