QARABAĞ

22 Fevral

Səfir: "Ümid edirik ki, Britaniya şirkətləri azad olunan ərazilərin bərpasında da yaxından iştirak edəcək" - FOTO

“Böyük Britaniya brendlərinin Azərbaycanda artan rolunu görməyə çox şadam”.

Fins.Az xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviterdə yazıb.

O bildirib ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Britaniyanın Azərbaycana yeni daxil olmuş “JCN machine” şirkətinin nümayəndələri ilə görüşüb:

“Ümid edirik ki, Britaniya şirkətləri geri qaytarılan (işğaldan azad olunan - red.) ərazilərin bərpasında da yaxından iştirak edəcək”, - diplomat bildirib.

©report