Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işlər davam etdirilir. Müharibə əlili Elnur Səmədovun və Səbuhi Eyvazovun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Qazilərimizin bundan öncə də müalicələrinə dəstək göstərilib və məişət şəraitləri yaxşılaşdırılıb.
Görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (//yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.