QARABAĞ

21 Yanvar

BQXK-nın avtomobillərində dərman və uşaq qidası Xankəndi istiqamətə aparılıb - VİDEO - FOTO - YENİLƏNİB

Bu gün Şuşadan keçən Laçın-Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Fins.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətində gedən BQXK-nın 6 minik avtomobili və 1 yük avtomobili keçib.

Avtomobillərdə dərman prepartları və uşaq qidası Xankəndi istiqamətə aparılıb. Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

* * *
09:26

Bu gün Şuşadan keçən Laçın-Xankəndi yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

Fins.Az APA-ya istinadən xəbər verir ki, səhər saatlarında Xankəndindən Laçın istiqamətində gedən BQXK-nın 5 minik avtomobili və 1 yük avtomobili keçib. Aksiya iştirakçıları onların keçidinə şərait yaradıb. BQXK-nın maşınlarının içində xəstəliklə əlaqədar erməni əsilli şəxslər Xankəndindən Ermənistan ərazisinə aparılıb.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.