QARABAĞ

16 Sentyabr

Azərbaycan Mərkəzi Bankı bir neçə saatdan sonra mühüm faiz qərarını açıqlayacaq

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı 16 sentyabr 2022-ci il tarixində saat 11:00-da açıqlanacaq.

"Fins.az" xəbər verir ki, bu faiz qərar Mərkəzi Bankın İdarə Heyəti sədri Taleh Kazımovun dövründə qəbul edilən 4-cü faiz qərar olacaq. 

Qeyd edək ki, Taleh Kazımov Mərkəzi Bank rəhbəri təyin olunduqdan sonra Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxlayır.