QARABAĞ

17 Oktyabr

Hikmət Hacıyev: “Gəncə və Mingəçevir raket atəşinə tutulub”

“Ermənistan silahlı qüvvələri humanitar atəşkəs adı altında terror və hərbi cinayət əməllərini davam etdirirlər”.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Azərbaycanın Gəncə və Mingəçevir şəhərləri raket hücumlarına məruz qalıb. Xəsarət alanlar və dəyən zərər dəqiqləşdirilir", - o qeyd edib.