QARABAĞ

14 Oktyabr

“Qarabağ Azərbaycanın ərazi bütövlüyünün şərtidir”

“Haqq-ədalət Azərbaycanın yanındadır, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyünün şərtidir​”.

Fins.az xəbər verir ki, bunu İsrailin ən nüfuzlu siyasətçilərindən biri, keçmiş Müdafiə naziri Aviqdor Liberman deyib. O bildirib ki, son nəfəsimizə qədər Azərbaycanın yanındayıq: “İsrail heç vaxt və heç bir zaman münaqişə bölgəsindəki status-kvo ilə razılaşa bilməz”.

“Beynəlxalq hüquq, tarixi faktlar və ən əsası İsrail dövlətinə görə həqiqət Azərbaycanın tərəfindədir. Həmçinin beynəlxalq hüquq baxımından da Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Bu səbəbdən heç bir BMT üzvü dövlət (Ermənistan özü də daxil olmaqla) Dağlıq Qarabağın suverenliyini tanımır.

İsrail dövləti baxımından vəziyyət belə görünür: Azərbaycan yəhudilərə qarşı ən tolerant ölkələrdən biridir. Azərbaycan ərazisində əsrlər boyu yəhudilərə qarşı ən yaxşı münasibət bəslənilib. Yəhudilərə qarşı antisemitizm və qərəz yoxdur”,- deyə eks-nazir sözlərinə əlavə edib.

© Qafqazinfo