ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəal rol oynaması lazımdır.
Fins.az Xəzər Siyasi Mərkəzinə istinadən xəbər verir ki, bunu ABŞ-ın təqaüddə olan kontr-admiralı Ron MakLaren bildirib.
O qeyd edib ki, ABŞ-ın maraqları həm biznes, həm də qlobal mövqedir. “ABŞ-ın bu mübahisələri həll etməsi üçün yardım siyasəti olmalıdır”.