“Ermənistanın Azərbaycana qarşı təcavüzü davam etməkdədir. Moskvada qəbul edilmiş bəyanatdan sonra da Ermənistanın Silahlı Qüvvələrimzə qarşı təxribatı davam etməkdədir”.
Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, bununla bir daha bütün dünya Ermənistanın riyakar siyasətini görməkdədir.
“Ötən müddətdə hərbi əməliyyatlar uğurla həyata keçirilib”, - o, əlavə edib
(c)report