Azərbaycan Silahlı Qüvvələri işğal altındakı əraziləri azad etməkdə davam edir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Horadiz kəndini işğaldan azad edərkən erməni hərbi birləşmələrinin atıb qaçdığı hərbi zirehli texnikalarını ələ keçirib.