QARABAĞ

07 Oktyabr

Anar Eyvazov: “Düşmən tərəfdən ciddi itkilər var”

“Ötən müddət ərzində bütün cəbhə boyu döyüşlər davam edib. Ordumuz əldə edilən nailiyyətləri genişləndirmək məqsədilə əraziləri düşməndən təmizləyib, onların zirehli texnikalarını məhv edir, yeni dayaq nöqtələrini ələ keçirir”.

Məlumata görə, bunu Müdafiə Nazirliyinin keçirdiyi brifinqdə nazirliyin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, qarşılıqlı artilleriya atəşləri də müşahidə olunur: “Düşmən tərəfdən ciddi itkilər var. Düşmənin digər bölmələrində döyüş sursatları və yanacaq sahəsində də problemlər var. Ordumuzun qətiyyətli əməliyyatları nəticəsində məğlub vəziyyətə düşən erməni tərəfinin rəsmiləri ziddiyyətli açıqlamalar verir. Ordumuz tərəfindən düşmənə qarşı adekvat tədbirlər görülür. Ordumuzun qələbə əzmi tamdır. Ali Baş Komandan tərəfindən verilmiş bütün döyüş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilir. Qələbə bizimlədir”.

(c)APA