QARABAĞ

07 Oktyabr

Prezident vasitəçiləri tərəf tutmamağa çağırdı

Biz hər zaman Minsk qrupunu bir qrup kimi qəbul edirdik və bu gün də belədir. Hesab edirdik ki, bu qrupa həmsədrlik edən ölkələr bitərəf qalmalıdır, heç bir tərəfi dəstəkləməməlidir. Çünki əks təqdirdə onların vasitəçilik missiyası sual altına düşür”.

Fins.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə CNN-Türk televiziyasına müsahibəsində bildirib.

Dövlətimizin başçısı daha sonra deyib: “Son hadisələrə qədər onlar neytrallığı az-çox saxlamağa müvəffəq olmuşdular. Biz bilirik ki, bu ölkələrdə erməni lobbisi güclüdür. Erməni lobbiləri o ölkələrin hökumətlərinə də təsir edə bilər və edir. Bu gün biz görürük ki, müxtəlif ölkələrdə yaşayan ermənilər təşkilatlanmış qaydada Azərbaycana qarşı qara təbliğat kampaniyası aparırlar. Ancaq əfsuslar olsun ki, bu günlərdə bəzi ölkələr tərəfindən birtərəfli mövqe sərgiləndi, tərəftutma halları baş verdi. Bu da qəbuledilməzdir. Buna görə biz öz sözümüzü demişik”.

Sözünə davam edən Azərbaycan Prezidenti vurğulayıb ki, əgər vasitəçilər vasitəçi kimi qalmaq və bu məsələ ilə bundan sonra məşğul olmaq istəyirlərsə, onlar daha məsuliyyətli olmalıdır və heç bir tərəf tutmamalıdır. Çalışmalıdırlar ki, bu məsələnin həllinə hesablanmış addımlar atsınlar və münaqişə tezliklə həll olunsun. Ondan sonra atəşkəs bərpa edilsin və uzunmüddətli sülh olsun.